SOCAR vətəndaş cəmiyyəti təsisatları ilə əməkdaşlığı gücləndirmək istəyir » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
19 
dek
2024
16:30
0
0
1 683

SOCAR vətəndaş cəmiyyəti təsisatları ilə əməkdaşlığı gücləndirmək istəyir

19 dek, 2024
16:30
1 683

SOCAR vətəndaş cəmiyyəti təsisatları ilə əməkdaşlığı gücləndirmək istəyir

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Baş ofisində “Vətəndaş cəmiyyəti təsisatları ilə işin gücləndirilməsi” mövzusunda tədbir keçirilib.

"Sizinxeber.az" bu barədə SOCAR-a istinadən xəbər verir.

Məlumata görə, tədbirdə şirkətin məsul şəxsləri, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin və 22 qeyri-hökumət təşkilatının nümayəndələri iştirak ediblər. Əvvəlcə qonaqlar SOCAR-ın Baş ofisində Azərbaycan Nefti sərgisi ilə tanış olublar.

Tədbir iştirakçılarını salamlayan SOCAR-ın Sosial məsuliyyət departamentinin rəis müavini Mirsahib Musayev departamentin fəaliyyətindən, qarşıya qoyulan hədəflərdən, o cümlədən vətəndaş cəmiyyəti təsisatları ilə işin gücləndirilməsi üzrə nəzərdə tutulan tədbirlərdən bəhs edib.

İstedadların idarə edilməsi və biznes tərəfdaşlığı departamentinin rəis müavini Mahal Mehdiyev tədbirdə çıxış edərək, SOCAR-da işə qəbul prosesi barədə məlumat verib. Mahal Mehdiyev SOCAR-da işə qəbulun əmək qanunvericiliyinin tələbləri nəzərə alınmaqla, şirkətin müvafiq standartlarına və digər normativ sənədlərinə uyğun olaraq müsabiqə yolu ilə həyata keçirildiyini diqqətə çatdırıb.

Sonra SOCAR-ın Biznes etikası və anti-korrupsiya şöbəsinin rəisi Teymur Əliyev şirkətin yeni “Biznes etikası və davranış” kodeksindən bəhs edən təqdimatla çıxış edib.

Tədbir sual-cavab sessiyası ilə davam etdirilib.

Sonda xatirə şəkli çəkdirilib.

Bizimlə əlaqə saxlayın