BP: Neft-qaz layihələri yeni kadrların yetişməsinə əhəmiyyətli töhfə verib
Karyeranın inkişafı baxımından dövlət-özəl sektor əməkdaşlığının ən uğurlu nümunələrindən biri Azərbaycanın neft-qaz sektorunda müşahidə olunur.
"Report" xəbər verir ki, bunu BP-nin Xəzər regionu üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli Bakıda keçirilən Azərbaycan Karyera İnkişaf Forumunda bildirib.
"Dövlət-özəl sektor əməkdaşlığı nəticəsində Azərbaycan neft-qaz sənayesində böyük uğurlar əldə edib. Xəzər dənizindəki neft-qaz yataqlarının işlənməsi üzrə “Əsrin müqaviləsi”, “Şahdəniz” layihəsi kimi iri sazişlər dövlət-özəl sektor əməkdaşlığının ən bariz nümunələridir. Bu layihələr Azərbaycanın iqtisadi inkişafına və yeni kadrların yetişməsinə əhəmiyyətli töhfə verib", - deyə B. Aslanbəyli qeyd edib.
O, vurğulayıb ki, dövlət adından SOCAR-la xarici özəl şirkətlər arasında qurulan əməkdaşlıq 30 ildən artıq müddətdə davamlı inkişafa səbəb olub: "Azərbaycan bu müddətdə bütün öhdəliklərini yerinə yetirərək xarici sərmayədarlar üçün əlverişli mühit yaradıb. Neft-qaz sektorunda müasir hasilat, təhlükəsizlik, əməyin mühafizəsi standartlarının tətbiqi ölkədə texnoloji inkişafı sürətləndirib, beynəlxalq səviyyədə tanınan mütəxəssislərin yetişməsinə şərait yaradıb. Bu gün həmin mütəxəssislər beynəlxalq arenada uğurla fəaliyyət göstərirlər. BP-nin qlobal hasilat üzrə rəhbəri İlham Məmmədov bu uğurun bariz nümunəsidir".
BP rəsmisinin sözlərinə görə, dövlət-özəl sektor əməkdaşlığı üzrə tətbiq edilmiş maliyyə, HR və ekoloji standartlar qeyri-neft sektorunda da geniş yayılıb və yerli bizneslərin fəaliyyətini müsbət təsirləndirib: "Bu model gələcəkdə digər sahələrdə də uğurla tətbiq oluna bilər".
Oxşar xəbərlər
DİM sədri: Mütəxəssislər müəyyən təcrübə topladıqdan sonra dövlət qulluğundan özəl sektora keçirlər
Azər Əmiraslanov: "Azərbaycanda xidmət sektoru məşğulluğun artırılması üçün əsas potensial sahələrdən biridir"
“Sara İnvest” holdinqin şirkətlərinin dövlət və özəl sektor nümayəndələri ilə müşavirəsi keçirilib - FOTO
ASK-nın Baş katibi: Özəl sektor "COP29-da Yaşıl Bölgə" mövzusunda əsas oyunçulardandır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İlham Əliyev: "Yaxın Şərqdə baş verən hadisələr müəyyən dərəcədə hər kəsə təsir edir"
-
Bakı–Tbilisi–Bakı sərnişin qatarlarının hərəkət cədvəli açıqlanıb
-
ABŞ İrana qarşı əməliyyat zamanı 14 təyyarə və 28 dron itirib
-
Türkiyədə sərnişin mikroavtobusu qəzaya uğrayıb, xəsarət alanlar var
-
Azərbaycan Kərkükdə 150 ailəyə bayram sovqatı çatdırıb
-
Aydın Kərimov: Şuşada 900 mənzildən ibarət 3 yeni yaşayış kompleksi gələn il istifadəyə veriləcək
