"Uzatomprom": Özbəkistan enerji təhlükəsizliyini gücləndirmək üçün Mərkəzi Asiyada ilk AES-i tikir - EKSKLÜZİV
Özbəkistan, Mərkəzi Asiya regionunda atom elektrik stansiyası (AES) inşa edən ilk ölkə olaraq, Cizak vilayətində 330 MVt gücündə stansiya tikməyi planlaşdırır.
Bu barədə Özbəkistan Atom Enerjisi üzrə Agentliyinin direktoru Əzim Əhmədhacayev “Sizinxeber.az”a açıqlamasında deyib. Stansiya hər biri 55 MVt gücündə altı reaktordan ibarət olacaq.
“Regionda əhalinin sayına görə lider olan Özbəkistanda (40 milyon nəfər) ÜDM-in illik artım tempi 7-8 %, əhali artımı isə təxminən bir milyon nəfərdir. Buna müvafiq olaraq elektrik enerjisinə olan tələbat da davamlı şəkildə artır”, - deyə Ə.Əhmədhacayev qeyd edib.
Onun sözlərinə görə, AES-in baş podratçısı Rusiyanın “Rosatom” dövlət şirkəti olacaq. Tikintiyə yaxın vaxtlarda başlanması və stansiyanın 2033-cü ildə mərhələli şəkildə istismara verilməsi planlaşdırılır.
“Cizak rayonunda AES yalnız bizim və “Rosatom”un səyləri ilə tikilməyəcək. Bu, Özbəkistan və Rusiya arasında birgə layihədir, burada hər iki tərəfin öz hüquq və öhdəlikləri var. Bununla yanaşı, bizim baxışımıza əsasən, layihədə AES ətrafında infrastrukturun, xidmət bölmələrinin, maşın stansiyalarının və digər obyektlərin yaradılmasında digər ölkələrin şirkətləri də iştirak edə bilər. Başqa sözlə, bu beynəlxalq komanda işidir”, - deyə Ə.Əhmədhacayev Rusiyaya qarşı sanksiyaların layihəyə təsir edib-etməyəcəyi ilə bağlı suala cavabında bildirib.
O vurğulayıb ki, Özbəkistanda kiçik gücə malik AES tikiləcək və bu kateqoriyada “Rosatom”un texnologiyaları dünyanın ən etibarlıları arasında yer alır.
“Biz podratçı şirkəti seçərkən siyasi meyarlara deyil, yalnız kommersiya məqsədlərinə, eləcə də ən etibarlı və təhlükəsiz texnologiyanın mövcudluğuna diqqət yetirmişik. Podratçının seçimində təhlükəsizlik əsas meyarımız olub. Özbəkistan tərəfdaşlar qarşısında götürdüyü öhdəlikləri ciddi şəkildə yerinə yetirir. 2018-ci ildə AES-in inşası üzrə Hökumətlərarası Saziş imzalanıb. Bu saziş əsasında işlərə start verildi və biz həmin il qəbul etdiyimiz öhdəlikləri yerinə yetirməyə davam edirik”, - deyə Ə.Əhmədhacayev vurğulayıb.
Oxşar xəbərlər
AEBA və “Rosatom” rəhbərləri Zaporojye AES ilə bağlı danışıqlar aparırlar
Burkina-Faso özünün Atom Enerjisi Agentliyini yaradıb
Pərviz Şahbazov: “BOEM üzrə layihələr emissiyaları illik 2,9 milyon tona qədər azalda bilər”
Azərbaycanın ümumi elektrik enerjisi istehsalı gücü 8,4 min MVt-ı ötüb
“Akkuyu” AES-in ilk enerji bloku 2025-ci ildə işə salına bilər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İlham Əliyev: "Yaxın Şərqdə baş verən hadisələr müəyyən dərəcədə hər kəsə təsir edir"
-
Bakı–Tbilisi–Bakı sərnişin qatarlarının hərəkət cədvəli açıqlanıb
-
ABŞ İrana qarşı əməliyyat zamanı 14 təyyarə və 28 dron itirib
-
Türkiyədə sərnişin mikroavtobusu qəzaya uğrayıb, xəsarət alanlar var
-
Azərbaycan Kərkükdə 150 ailəyə bayram sovqatı çatdırıb
-
Aydın Kərimov: Şuşada 900 mənzildən ibarət 3 yeni yaşayış kompleksi gələn il istifadəyə veriləcək
