Avstriya, Slovakiya və Çexiya Almaniyanı qaz tranzit haqlarının ləğvinə çağırıb
sizinxeber.az xəbər saytı

Avstriya, Slovakiya və Çexiya Almaniyanı qaz tranzit haqlarının ləğvinə çağırıb


Avstriya, Slovakiya və Çexiya Almaniyanı öz ərazisindən onlar üçün nəzərdə tutulan qazın tranziti üçün ödənişi mümkün qədər tez ləğv etməyə çağırıb.

"Sizinxeber.az" xəbər verir ki, bu barədə "Reuters" agentliyi müvafiq sənədə istinadən məlumat yayıb.

Düzəliş sentyabrda Bundestaqda birinci oxunuşdan keçib, lakin onun yekun təsdiqinə noyabrda Almaniyada hökumət koalisiyasının dağılması mənfi təsir göstərə bilər.

Berlin daha əvvəl Avropa İttifaqındakı (Aİ) tərəfdaş ölkələrə tarifi 2025-ci ilin yanvarından tətbiq etməyə söz verib.

Avstriya, Slovakiya və Çexiya Rusiya qazının Ukrayna ərazisindən tranzitinə dair müqavilənin 2024-cü ilin sonunda başa çatacağını nəzərə alaraq, sözügedən rüsumun tezliklə ləğv edilməsində israrlıdır.

Aİ-yə üzv ölkələrin energetika nazirləri gələn bazar ertəsi Brüsseldə keçiriləcək görüşdə mövcud vəziyyəti müzakirə edəcəklər.

Qeyd edək ki, Almaniya ərazisindən qaz tranziti üçün rüsum 2022-ci ilin payızında tətbiq edilib. Berlin enerji xammalının qonşu ölkələrə daşınmasına görə ödənişi tədarükün təhlükəsizliyini təmin etmək və qazın saxlanması xərclərini ödəmək zərurəti ilə əsaslandırıb.

Oxşar xəbərlər

Almaniyaya qonşu ölkələrə qaz tranzitinə rüsumları ləğv etməsi üçün çağırış edilib
Slovakiya Azərbaycandan qaz tədarükündə maraqlıdır
ENI rəhbəri: "Avropa Rusiya qazının Ukrayna üzərindən tranziti olmadan da keçinə bilər"
“Naftoqaz” SOCAR ilə Azərbaycan qazının Ukraynada saxlanması mümkünlüyünü müzakirə edir
KİV: Avropa yeni enerji böhranı ilə üzləşib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər