Azərbaycan GECF-in 26-cı Nazirlər İclasında təmsil olunub
sizinxeber.az xəbər saytı

Azərbaycan GECF-in 26-cı Nazirlər İclasında təmsil olunub


Energetika nazirinin müavini Kamal Abbasov İranın paytaxtı Tehranda keçirilən Qaz İxrac Edən Ölkələr Forumunun (GECF) 26-cı Nazirlər İclasında çıxış edib.

“Report” Energetika Nazirliyinə istinadən xəbər verir ki, nazir müavini ölkəmizin zəngin təbii qaz ehtiyatlarına və strateji mövqeyinə əsaslanaraq qlobal enerji bazarında mühüm rol oynadığını bildirib. Azərbaycan qazının 12 ölkə tərəfindən idxal edildiyi və bunun enerji resurslarımıza artan tələbatın göstəricisi olduğu diqqətə çatdırılıb.

Çıxışda Bakıda keçirilmiş COP29 konfransının uğurlarından da bəhs edilib. Konfrans çərçivəsində GECF-in təşkil etdiyi panel müzakirələrinə toxunularaq təbii qazın dayanıqlı enerji keçidindəki əhəmiyyəti vurğulanıb.

Sonda 27-ci Nazirlər İclasının 2025-ci ilin son rübündə Qətərin paytaxtı Dohada keçirilməsi barədə qərar qəbul edilib.

Xatırladaq ki, Azərbaycan 2015-ci ildən Qaz İxrac Edən Ölkələr Forumunda müşahidəçi statusunda iştirak edir.

Oxşar xəbərlər

GECF COP29 çərçivəsində nazirlər görüşü keçirəcək
GECF və OPEC COP29-da iqlim dəyişikliyi ilə mübarizə çərçivəsində birgə addımları müzakirə ediblər
COP29 çərçivəsində GECF, OPEC Fondu və GEIDCO rəhbərləri ilə görüşlər keçirilib
Energetika naziri TDT enerji nazirlərinin 4-cü iclasında iştirak edəcək
Energetika naziri “İstanbul Enerji Forumu”nda iştirak edəcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər