“ONGC Videsh” Azərbaycanda və ondan kənarda SOCAR ilə əməkdaşlıqda maraqlıdır - EKSKLÜZİV
sizinxeber.az xəbər saytı

“ONGC Videsh” Azərbaycanda və ondan kənarda SOCAR ilə əməkdaşlıqda maraqlıdır - EKSKLÜZİV


Hindistanın "ONGC Videsh” şirkəti Azərbaycan iqtisadiyyatına bu günə qədər təxminən 1,5 milyard ABŞ dolları həcmində investisiya yatırıb.

Bu barədə “Sizinxeber.az”a “ONGC Videsh Limited”in Azərbaycan filialının rəhbəri Kalyana Raman Renqara (Kalyana Raman Rengara) bildirib.

"Şirkət həm Azərbaycanda, həm də üçüncü ölkələrdə SOCAR ilə birgə neft kəşfiyyatı və hasilatı layihələrində iştirak etməkdə son dərəcə maraqlıdır", - K.Renqara bildirib.

O qeyd edib ki, bu məqsədlə “ONGC Videsh Limited” Norveçin “Equinor” şirkətindən "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokunun işlənməsi layihəsində 0,615 % və Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəmərinin operatoru olan “BTC Co” boru kəməri şirkətində 0,737 % pay alaraq Azərbaycandakı layihələrdə iştirakını artırıb. Sövdələşmə bu yaxınlarda - 29 noyabr 2024-cü ildə tam başa çatıb.

Bundan əlavə, “ONGC Videsh” meneceri bildirib ki, şirkət Azərbaycanda bərpa olunan enerji mənbələrinin inkişafına yönəlmiş layihələrdə iştirak imkanını istisna etmir.

"ONGC Videsh” şirkətin biznes inkişaf strategiyası və siyasətinə uyğun olaraq Azərbaycanda bərpa olunan enerji mənbələri layihələrində iştirak imkanını nəzərdən keçirə bilər", - K.Renqara vurğulayıb.

Qeyd edək ki, hazırda “ONGC Videsh” Azərbaycanda 2,925 % pay ilə AÇG layihəsinin və 3,11 % pay ilə BTC neft kəmərinin iştirakçısıdır.

Şirkətin əsas fəaliyyəti Hindistandan kənarda neft-qaz yataqlarının kəşfiyyatı və işlənməsidir. O, 15 ölkədə 32 neft-qaz layihəsində aktivlərə malikdir. Ehtiyatlarına və hasilatına görə “ONGC Videsh” Hindistanın ən böyük ikinci enerji şirkətidir və yalnız ana şirkəti ONGC-dən geri qalır.

Oxşar xəbərlər

“Equinor” AÇG və BTC layihələrindəki paylarının SOCAR və “ONGC Videsh Limited”ə satışını yekunlaşdırıb
“Azəri-Çıraq-Dərinsulu Günəşli”dən sərbəst təbii qaz hasilatı ilə bağlı saziş imzalanıb
"Equinor" Azərbaycandakı layihələrindən birində payını SOCAR-a satmaq üzrə sövdələşməni başa çatdırıb
Bu il ARDNF-nin “Azəri-Çıraq-Günəşli”dən gəlirləri açıqlanıb
Neft Fondu bu il AÇG-nin işlənməsindən 3,6 milyard dollardan çox gəlir əldə edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər