Nazir: “Bu il Azərbaycandan Avropaya 1,4 milyard kubmetrdən artıq qaz ixrac edilib”
sizinxeber.az xəbər saytı

Nazir: “Bu il Azərbaycandan Avropaya 1,4 milyard kubmetrdən artıq qaz ixrac edilib”


Bu ilin yanvar-sentyabr aylarında Azərbaycandan Bolqarıstana və oradan digər Avropa ölkələrinə nəql məqsədilə 1,4 milyard kubmetrdən artıq qaz ixrac edilib.

"Sizinxeber.az" xəbər verir ki, bunu Azərbaycanın energetika naziri Pərviz Şahbazov “X” sosial şəbəkəsindəki hesabında bildirib.

“İstanbul Enerji Forumu”nda iştirak edən nazir bildirib ki, İstanbulda Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar və Bolqarıstanın energetika naziri Vladimir Malinovun iştirakı ilə qaz sahəsində üçtərəfli əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə olunub.

Bundan başqa, Azərbaycan, Türkiyə və Bolqarıstan nazirlərinin və Gürcüstanın Baş nazirinin birinci müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvilinin iştirakı ilə “yaşıl enerji”nin tədarükü üzrə dördtərəfli görüş keçirilib.

“Azərbaycan və Mərkəzi Asiyanın bərpa olunan enerji potensialı əsasında “yaşıl enerji”nin Avropaya müxtəlif marşrutlarla çatdırılması üzrə əməkdaşlıq imkanlarımızı dəyərləndirdik”, - deyə P. Şahbazov qeyd edib.

Oxşar xəbərlər

Energetika naziri “İstanbul Enerji Forumu”nda iştirak edəcək
Azərbaycan Türkiyəyə “yaşıl enerji” tədarükünü müzakirə edib
Azərbaycandan Avropaya 9 milyard kubmetrdən çox qaz ixrac olunub
Azərbaycan Aİ ilə enerji təşəbbüsləri üzrə müzakirələr aparıb
Azərbaycan Aİ ilə enerji təşəbbüsləri üzrə müzakirələr aparıb - YENİLƏNİB

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər