Azərbaycanda Enerji Səmərəliliyi üzrə Yol Xəritəsi təqdim edilib
COP29 çərçivəsində Beynəlxalq Enerji Agentliyi (İEA) ilə birgə təşkil edilmiş tədbirdə Azərbaycanda Enerji Səmərəliliyi Siyasəti üzrə Yol Xəritəsinin təqdimatı olub.
"Report" bu barədə Energetika Nazirliyinə istinadən xəbər verir.
Məlumata görə, tədbirdə çıxış edən nazir müavini Orxan Zeynalov Azərbaycanın iqlim dəyişikliyinə qarşı mübarizədə beynəlxalq səyləri dəstəklədiyini, istixana qazı emissiyalarını azaltmağı öhdəsinə götürdüyünü, hazırda "yaşıl iqtisadiyyat"a keçidi sürətləndirmək, bərpa olunan enerji mənbələrinin payını artırmaq və enerji səmərəliliyini təmin etmək üçün ciddi addımlar atıldığını bildirib. Enerji səmərəliliyinin ölkənin enerji keçidi siyasətinin, strateji sənədlərinin əsas komponentlərindən biri olduğu, bu istiqamətdə hüquqi və tənzimləyici çərçivənin formalaşdırıldığı qeyd edilib.
Avropa İttifaqının EU4Energy proqramı çərçivəsində hazırlanmış və ümumilikdə ölkədə olan enerji səmərəliliyi siyasəti ilə bağlı mövcud vəziyyəti əks etdirən Yol Xəritəsinə əsasən Azərbaycanda çoxmənzilli yaşayış binalarında 50%-ə qədər enerji səmərəliliyi potensialı mövcuddur. Bu potensialın reallaşdırılması nəticəsində illik 4.2 milyard kubmetrədək qaza qənaət edilə, 10 milyon tonadək karbon emissiyası azaldıla və 125 min yeni iş yeri yaradıla bilər.
Tədbir enerji səmərəliliyi üzrə gələcək prioritetlər, qarşıda duran çağırışlar və həll yolları, beynəlxalq təcrübənin öyrənilməsi kimi mövzular üzrə panel müzakirələri ilə davam edib.
Oxşar xəbərlər
IEA rəhbəri: "Enerji səmərəliliyi standartlarına yenidən baxılmalıdır"
Energetika Nazirliyi COP29 gündəliyinə daxil edilən enerji təşəbbüslərini açıqlayıb
COP29 çərçivəsində Almaniya ilə İsrail enerji sahəsində yeni fəaliyyət istiqamətlərini müəyyən ediblər
BMT Avropa İqtisadi Komissiyası sentyabrda Dayanıqlı Enerji Həftəsini keçirəcək
Qırğızıstanlı nazir: "Azərbaycanın "yaşıl enerji" təşəbbüslərini dəstəkləməyə hazırıq"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Az pensiya alanlara ŞAD XƏBƏR: Yeni güzəşt nə ola bilər? — İQTİSADÇI AÇIQLADI
-
Ən yüksək əmək haqqı bu sahədədir - Deputat
-
Bakı–Tbilisi–Bakı sərnişin qatarlarının hərəkət cədvəli açıqlanıb
-
Türkiyədə sərnişin mikroavtobusu qəzaya uğrayıb, xəsarət alanlar var
-
İsrail ordusu Livanın cənubunda daha bir zabitini itirib
-
Qurban Qurbanov: "Qarşıdakı ildə ən döyüşkən, ən mübariz, ən cəsarətli komanda biz olacağıq"
