Azərbaycan nefti ucuzlaşmaqda davam edir
sizinxeber.az xəbər saytı

Azərbaycan nefti ucuzlaşmaqda davam edir


Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,15 ABŞ dolları, yaxud 0,2 % azalaraq 74,14 ABŞ dolları təşkil edib.

Bu barədə “Report"a neft bazarındakı mənbə məlumat verib.

Hərracların nəticələrinə görə, “Brent” markalı neftin yanvar fyuçerslərinin qiyməti 71,04 ABŞ dolları təşkil edib.

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 75 ABŞ dollarından hesablanıb.

Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. Azərbaycanda neft əsasən "Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Müqavilədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) payı 25 %-dir.

Oxşar xəbərlər

Azərbaycan neftinin qiyməti 98 dollardan aşağı düşüb
Azərbaycan neftinin qiyməti 103 dollara yaxınlaşır
Azərbaycan neftinin qiyməti 78 dolları keçib
Azərbaycan nefti cüzi ucuzlaşıb 
Azərbaycan nefti 1% bahalaşıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər