Nazir müavini: “Azərbaycanın “yaşıl təşəbbüs”ləri ölkədə enerji keçidinə yönəlib”
sizinxeber.az xəbər saytı

Nazir müavini: “Azərbaycanın “yaşıl təşəbbüs”ləri ölkədə enerji keçidinə yönəlib”


Azərbaycanın “yaşıl təşəbbüs”ləri həm ölkə daxilində enerji keçidini, həm də Avropaya “yaşıl enerji” ixracını təmin etməyə yönəlib.

“Sizinxeber.az” xəbər verir ki, bunu energetika nazirinin müavini Orxan Zeynalov iqlim dəyişikliyi sahəsində qlobal müzakirələrin mərkəzi olan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində keçirilən tədbirlərdə çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, bu sahədə layihələr beynəlxalq əməkdaşlıqlar çərçivəsində inkişaf etdirilir.

“Azərbaycana doğru yaşıl yol 2030” adlı tədbirdə O. Zeynalov çıxış edərək ölkəmizin “yaşıl enerji” keçidi istiqamətindəki strateji hədəflərini və bu sahədə həyata keçirilən layihələri təqdim edib.

Nazir müavini, həmçinin “Aralıq dənizi momentumu: 2030-cu ilə qədər 1TVt bərpa olunan enerjiyə doğru sürətlənmə” tədbirində iştirak edib. Beynəlxalq Bərpa Olunan Enerji Agentliyinin (IRENA) baş direktoru Francesco La Camera və Qlobal Bərpa Olunan Enerji Aliansının baş icraçı direktoru Bruce Douglasın salamlama nitqləri ilə başlayan tədbirdə çıxış edən nazir müavini “yaşıl enerji dəhliz”ləri və zonalarının təşəbbüskarı olan ölkəmizin, enerji təhlükəsizliyinin artırılması istiqamətində irəliləyişlər əldə edərək, regionda və dünyada “yaşıl enerji” infrastrukturunun genişləndirilməsi üzrə ciddi addımlar atdığını qeyd edib.

Tədbirdə Türkiyə, Misir, İordaniya və digər ölkələrdən olan nazirlər və digər yüksək səviyyəli nümayəndələrin də çıxışları dinlənilib. Aralıq dənizi regionunda bərpa olunan enerji istifadəsinin artırılması, qarşıya çıxan çətinliklər və bu sahədə əməkdaşlıq imkanları müzakirə olunub, iştirakçılar arasında birgə layihələrin həyata keçirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Oxşar xəbərlər

Energetika Nazirliyi COP29 gündəliyinə daxil edilən enerji təşəbbüslərini açıqlayıb
Azərbaycan 2030-cu ilə qədər bərpa olunan enerji sektorunda istifadəyə veriləcək gücü açıqlayıb
Pakistanlı nazir: "COP29 “yaşıl enerji” sahəsində Azərbaycanla əməkdaşlıq üçün yeni imkanlar açacaq"
Pərviz Şahbazov: “Azərbaycan 2030-cu ilədək meqa layihələr həyata keçirəcək”
Azərbaycan Aİ ilə enerji təşəbbüsləri üzrə müzakirələr aparıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər