Pərviz Şahbazov: “EİB Azərbaycanla “yaşıl enerji” tərəfdaşlığında maraqlıdır” - YENİLƏNİB
sizinxeber.az xəbər saytı

Pərviz Şahbazov: “EİB Azərbaycanla “yaşıl enerji” tərəfdaşlığında maraqlıdır” - YENİLƏNİB


2027-ci ilədək Azərbaycanın enerji sisteminə inteqrasiya ediləcək bərpa olunan enerji layihələri 2,5 milyard ABŞ dolları investisiya dəyərindədir.

“Sizinxeber.az” Energetika Nazirliyinə istinadən xəbər verir ki, bunu nazir Pərviz Şahbazov Avropa İnvestisiya Bankının (EİB) vitse-prezidenti Tereza Çervinska ilə görüşündə bildirib.

Bildirilib ki, ölkəmizin “yaşıl enerji keçidi” istiqamətində həyata keçirdiyi və planlaşdırdığı milli və beynəlxalq əhəmiyyətli layihələr barədə müzakirələr aparılıb.

Növbəti mərhələdə əsasən ixracyönümlü layihələrin həyata keçiriləcəyi, bu aspektdə “Xəzər-Qara dəniz-Avropa” və “Mərkəzi Asiya-Azərbaycan” yaşıl enerji dəhlizlərindən danışılıb. “Yaşıl enerji” dəhlizləri, enerji şəbəkələri, enerji sistemlərinin təkmilləşdirilməsi, hidrogen və enerji səmərəliliyi sahələrində Bankla investisiya əməkdaşlıq imkanları dəyərləndirilib.

T. Çervinska Azərbaycanın bərpa olunan enerji layihələri üzrə atdığı addımları yüksək qiymətləndirib və Bankın ölkəmizlə “yaşıl enerji” tərəfdaşlığında maraqlı olduğunu ifadə edib.

17:57

Avropa İnvestisiya Bankı (EİB) Azərbaycanla “yaşıl enerji” tərəfdaşlığında maraqlıdır.

"Sizinxeber.az" xəbər verir ki, bunu Azərbaycanın energetika naziri Pərviz Şahbazov “X” sosial şəbəkə hesabında bildirib.

Nazir bildirib ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak məqsədilə Azərbaycanda səfərdə olan EİB-in vitse-prezidenti Tereza Çervinska ilə ölkəmizin “yaşıl enerji keçidi” istiqamətində həyata keçirdiyi və planlaşdırdığı milli və beynəlxalq əhəmiyyətli layihələr barədə fikir mübadiləsi aparılıb.

P. Şahbazov qeyd edib ki, “yaşıl enerji dəhlizləri”, enerji şəbəkələri, hidrogen və enerji səmərəliliyi sahələrində bankla investisiya əməkdaşlığı imkanları dəyərləndirilib.

Oxşar xəbərlər

Pərviz Şahbazov: “EİB Azərbaycanla “yaşıl enerji” tərəfdaşlığında maraqlıdır”
Serbiyanın “Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi”nə qoşulması müzakirə edilib
Azərbaycan Aİ ilə enerji təşəbbüsləri üzrə müzakirələr aparıb
Pərviz Şahbazov: "Yaşıl enerji” potensialının artırılması kollektiv öhdəliklərin əsasını təşkil edir"
Vaşinqtonda Azərbaycan-ABŞ enerji münasibətləri müzakirə edilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle