Qırğızıstan TDT çərçivəsində texnologiyalar və “yaşıl təşəbbüs”lər üzrə regional mərkəzin yaradılmasını təklif edir
Qırğızıstan Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində bərpa olunan enerji mənbələrinin inkişafına dəstək məqsədilə texnologiya və "yaşıl təşəbbüs”lər üzrə regional mərkəz yaratmağı təklif edir.
"Report"un Bişkekə ezam olunan əməkdaşının məlumatına görə, bunu Qırğızıstan Prezidenti Sadır Japarov TDT Sammitində bildirib.
S.Japarov TDT ölkələrinin enerji sahəsində əməkdaşlığının əhəmiyyətini vurğulayıb.
O, Qırğızıstanın Mərkəzi Asiyanın böyük çaylarının mənbəyində yerləşdiyini, günəş və külək enerjisinin inkişafı üçün potensiala malik olduğunu xatırladıb: Ölkədə 50 kiçik və orta su elektrik stansiyasının tikintisi aparılır”.
Özbəkistan və Qazaxıstanla Kambar-Ata SES-1 layihəsi üzrə artıq əldə edilmiş razılaşmaları qeyd edən S.Japarov, TDT üzrə digər tərəfdaşları bu layihənin həyata keçirilməsinə qoşulmağa dəvət edib.
Oxşar xəbərlər
Sadır Japarov: "Bişkek 2025-ci ildə TDT-nin rəqəmsal paytaxtı olacaq"
Sadır Japarov: Türk dövlətlərinin COP29-da fəal iştirakı dayanıqlı gələcəyə nail olmağa kömək edəcək
Sadır Japarov Qərbin Bişkekə diktə etməməli olduğunu bəyan edib
Sadır Japarov: Qloballaşma şəraitində iqlim dəyişikliyi məsələləri xüsusi diqqət tələb edir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Az pensiya alanlara ŞAD XƏBƏR: Yeni güzəşt nə ola bilər? — İQTİSADÇI AÇIQLADI
-
Ən yüksək əmək haqqı bu sahədədir - Deputat
-
I Böyük Qayıdış Proqramı nə vaxt yekunlaşacaq?
-
Qrossi: BƏƏ-dəki AES-ə hücum kütləvi radiasiya yayılmasına səbəb ola bilər
-
Vens: ABŞ dünyanın jandarmı olmaq istəmir
-
ABŞ Avropadakı hərbi birləşmələrinin sayını azaldıb
