BP və tərəfdaşları Azərbaycanda sosial xərclərini 2 dəfə azaldıb
sizinxeber.az xəbər saytı

BP və tərəfdaşları Azərbaycanda sosial xərclərini 2 dəfə azaldıb


Bu ilin yanvar-sentyabr aylarında BP şirkəti və onun əməliyyatçısı olduğu birgə layihələrdəki tərəfdaşları sosial investisiya layihələrinə Azərbaycanda 0,8 milyon ABŞ dolları xərcləyiblər.

“Report” xəbər verir ki, bu barədə “BP-Azerbaijan” şirkətinin tərəfdaşlarla birgə bu ilin ilk üç rübü üzrə biznesə dair yaydığı məlumatda qeyd edilib.

Bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 2 dəfə azdır.

Bu layihələrə hazırda davam edən 23 təhsil proqramı, yerli bacarıqların yaradılmasını və sahibkarlığın inkişafını dəstəkləyən 3 layihə və ətraf mühit üzrə 1 təşəbbüs daxil olub.

Bundan əlavə, BP ayrıca bir şirkət kimi öz adından Azərbaycanda sponsorluq etdiyi layihələrə təxminən 1 milyon ABŞ dolları vəsait xərcləyib. Bu 2023-cü ilin eyni dövrü ilə müqayisədə 0,2 milyon ABŞ dolları və ya 25 % çoxdur.

Bunlara hazırda davam edən 20 təhsil təşəbbüsü, yerli bacarıqların yaradılmasını və sahibkarlığın inkişafını dəstəkləyən 1 layihə, ətraf mühit üzrə 4 təşəbbüs, ölkənin zəngin mədəni irsini və idmanı təbliğ edən 1 layihə və müxtəlif mövzularda 6 konfrans və seminara dəstək, yəni ümumilikdə 32 layihə daxildir.

Oxşar xəbərlər

BP Azərbaycanda sosial layihələrə xərclərini 3 dəfə artırıb
Azərbaycan əczaçılıq məhsullarının idxalına çəkdiyi xərci 16 % azaldıb
Azərbaycanda beynəlxalq poçt göndərişlərinin həcmi 13 % azalıb
Azərbaycanın tomat ixracından gəliri 68 %-dən çox artıb
ARDNF-nin “Şahdəniz”in işlənməsindən gələn gəlirləri açıqlanıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər