Azərbaycanda neft-qaz şirkətlərinin gömrük orqanları ilə əlaqələrinin genişləndirilməsi müzakirə olunub
Hasilatın pay bölgüsü haqqında sazişlərin icrası ilə bağlı gömrük ərazisinə gətirilən və bu ərazidən aparılan malların gömrük rəsmiləşdirilməsinin sürətli şəkildə həyata keçirilməsi üçün bu sahədə ixtisaslaşan biznes subyektləri ilə əlaqələrin gücləndirilməsi xüsusi əhəmiyyət daşıyır.
"Report" xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Şahin Bağırov DGK ilə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və BP-nin podratçı şirkətlərinin nümayəndələri arasında bu gün keçirilən görüşdə deyib.
Ş.Bağırov neft-qaz sənayesi sahəsində fəaliyyət göstərən şirkətlərlə bu kimi müzakirələrin aparılmasının önəmindən danışıb. Bildirilib ki, gömrük sistemində məmnunluğun və şəffaflığın təmin edilməsi, biznes yönümlü layihələrin rəqəmsallaşması istiqamətində addımlar atılır və bu baxımdan biznes nümayəndələri ilə mütəmadi keçirilən görüşlərdə səsləndirilən təkliflər inzibatçılıqda aparılan təkmilləşdirilmələrin səmərəliliyinin artırılmasında mühüm rol oynayır.
Qeyd olunub ki, gömrük orqanlarının əsas hədəflərindən biri də gömrük-biznes münasibətlərinin tərəfdaşlıq müstəvisində qurulmasıdır ki, bu da gömrük əməliyyatlarının asan və sürətli şəkildə reallaşdırılmasına töhfə verəcək.
Gömrük-biznes əməkdaşlığının gücləndirilməsi, gömrük sahəsində qarşıya çıxan məsələlərin müzakirəsi məqsədilə keçirilən görüşdə tədbir iştirakçılarını salamlayan BP şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz bu kimi tədbirlərin neft-qaz hasilatı sahəsində fəaliyyət göstərən şirkətlərlə gömrük orqanları arasında əlaqələrin daha da genişləndirilməsi baxımından əhəmiyyətini vurğulayıb.
Oxşar xəbərlər
Azərbaycanda KOB gömrük anbarı yaradılıb
DGK sədri narazılıqlardan danışdı: "Rüşvətin kökü hələ kəsilməyib"
Xeyli miqdarda malların gömrük nəzarətindən yayındırılmasının qarşısı alınıb
Naxçıvan Baş Gömrük İdarəsində altı ayın yekunları müzakirə olunub
Bəhruz Quliyev: "Qeyri-neft ixracının stimullaşdırılması ilə bağlı layihələr hazırlanıb"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Az pensiya alanlara ŞAD XƏBƏR: Yeni güzəşt nə ola bilər? — İQTİSADÇI AÇIQLADI
-
Ən yüksək əmək haqqı bu sahədədir - Deputat
-
I Böyük Qayıdış Proqramı nə vaxt yekunlaşacaq?
-
Türkiyə Sudanın suverenliyini dəstəkləyir - YENİLƏNİB
-
"Al Arabiya": ABŞ-İran danışıqlarının yeni mərhələsi iyunun əvvəlində baş tuta bilər
-
Zakir Həsənov Yaşar Gülərlə görüşdü - Foto
