SOCAR və “Subsea7” potensial əməkdaşlıq imkanlarını nəzərdən keçirib
sizinxeber.az xəbər saytı

SOCAR və “Subsea7” potensial əməkdaşlıq imkanlarını nəzərdən keçirib


Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) və “Subsea7” şirkəti arasında yeni layihələr üzrə potensial əməkdaşlıq imkanları nəzərdən keçirilib.

"Sizinxeber.az" bu barədə SOCAR-a istinadən xəbər verir.

Məlumata görə, şirkətin prezidenti Rövşən Nəcəf “Subsea7”nin baş icraçı direktoru Con Evans ilə görüşüb. Görüşdə ötən dövr ərzində “Subsea7” şirkəti tərəfindən ölkəmizdə uğurla həyata keçirilən layihələr barədə məlumat verilib.

Söhbət zamanı “Subsea7” şirkətinə məxsus yeni texnologiyaların Xəzər dənizin Azərbaycan sektorunda tətbiqinin yeni layihələrə qata biləcəyi dəyərlər barədə fikir mübadiləsi aparılıb, qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.

Oxşar xəbərlər

SOCAR “Qazpromneft” ilə müzakirələr aparır
SOCAR “Eni S.p.A” şirkəti ilə upstream layihələrində investisiya imkanlarını nəzərdən keçirəcəklər - YENİLƏNİB

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər