“Araz” SES-in yenidən qurulması üçün texniki tapşırıqlar hazırlanır
Naxçıvan Muxtar Respublikasındakı “Araz” Su Elektrik Stansiyasının (SES) yenidən qurulması üçün texniki tapşırıqlar hazırlanır.
Bunu “Araz” SES-in direktoru Şəmil Əmirov “Sizinxeber.az”un yerli bürosuna müsahibəsində bildirib.
Onun sözlərinə görə, bu stansiyada enerji istehsalı əsasən anbarda suyun miqdarından asılı olaraq dəyişir: “Yaz dövründə daha çox enerji istehsal olunur. Sentyabr ayı da daxil olmaqla stansiyanın enerji istehsalı 51 milyon kVt/saat olub”.
O qeyd edib ki, “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nda uzun müddətli istismar edilən SES-lərin yenidən qurulması nəzərdə tutulub: “Artıq “Araz” SES-in yenidən qurulması üçün texniki tapşırıqlar hazırlanır. Gələcəkdə bu stansiya yenidən qurularaq mövcud problemləri aradan qaldırılacaq”.
Ş.Əmirov deyir ki, hazırda muxtar respublikada SES-lərin ümumi generasiya gücü 68,4 meqavat təşkil edir: “İstehsal olunan ümumi elektrik enerjisinin 55 %-i alternaativ və bərpaolunan enerji mənbələri hesabına ödənilir ki, bunun da 42 %-i SES-lərin payına düşür”.
Naxçıvan MR Energetika Xidmətinin əməkdaşı Mətin Abbaslı isə "Sizinxeber.az"a bildirib ki, gələcəkdə gücü 36 meqavat olan Ordubad SES, gücü 15,6 meqavat olan “Tivi” SES-in tikintisindən sonra Naxçıvanda SES-lər üzrə ümumi potensialımız 120 meqavata çatdırılacaq.
Xatırladaq ki, “Araz” SES Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə 1971-ci ildə istismara verilib və 53 ildir fasiləsiz olaraq fəaliyyət göstərir. Stansiya illik 86 milyon kVt/saatdan artıq enerji istehsalı ilə bu gün muxtar respublikanın enerji təminatında mühüm rola sahibdir. “Araz” SES 1 milyard 254 milyon kubmetr su tutumuna malik “Araz” su anbarı üzərində qurulub. Stansiya SSRİ dövründə Azərbaycan ilə İran arasındakı razılaşma əsasında inşa edilib. SES 11 MVt gücə malik 2 hidroaqreqat turbinlə təmin olunub. Hər biri İran və Azərbaycan ərazisində yerləşməklə 2 binaya malikdir.
Oxşar xəbərlər
Naxçıvanın "Yaşıl enerji" Konsepsiyası hazırlanır
“Araz” su elektrik stansiyası yenidən qurulacaq
Naxçıvanda elektrik stansiyalarının generasiya gücünə 1 500 MVt əlavə olunacaq
Naxçıvanda ötən əsrin 60-cı illərindən istismar olunan yarımstansiyalar yenidən qurulur
Qarabağda və Şərqi Zəngəzurda KSES-lərin yenidən qurulmasına 40 milyon manatdan çox vəsait ayrılacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Az pensiya alanlara ŞAD XƏBƏR: Yeni güzəşt nə ola bilər? — İQTİSADÇI AÇIQLADI
-
Ən yüksək əmək haqqı bu sahədədir - Deputat
-
I Böyük Qayıdış Proqramı nə vaxt yekunlaşacaq?
-
Türkiyə Sudanın suverenliyini dəstəkləyir - YENİLƏNİB
-
"Al Arabiya": ABŞ-İran danışıqlarının yeni mərhələsi iyunun əvvəlində baş tuta bilər
-
Kazemiro "Mançester Yunayted"dən ayrıldıqdan sonra "İnter Mayami"yə keçməyi planlaşdırır

