Rusiya Azərbaycana qəza vəziyyətlərində enerji idxalının mümkünlüyü barədə sorğu göndərib » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
15 
okt
2024
20:00

Rusiya Azərbaycana qəza vəziyyətlərində enerji idxalının mümkünlüyü barədə sorğu göndərib

15 okt, 2024
20:00
620

Rusiya Azərbaycana qəza vəziyyətlərində enerji idxalının mümkünlüyü barədə sorğu göndərib

Rusiya Azərbaycan və Gürcüstana qəza vəziyyətləri zamanı ümumilikdə 600 MVt həcmində elektrik enerjisi idxalının mümkünlüyü barədə sorğu göndərib.

“Sizinxeber.az” TASS-a istinadən xəbər verir ki, bu barədə “İnter RAO”nun idarə heyətinin üzvü Aleksandra Panina Ümumrusiya Tarif Konfransı çərçivəsində jurnalistlərə bildirib.

“Bəli, biz iki ölkəyə - Azərbaycan və Gürcüstana bunun mümkünlüyü ilə bağlı sorğu göndərmişik. Biz idxal imkanlarını nəzərdən keçiririk və qəza vəziyyətləri zamanı iki qonşu enerji sisteminin imkanlarından yararlanmaq istərdik. Əgər qəza vəziyyətləri olarsa, biz “Sistem operatoru”nun tələbi ilə Gürcüstan və Azərbaycannın 300 MVt enerji təmin etməyə hazır olmalarını istərdik”, - o deyib.

Paninanın sözlərinə görə, şirkət Gürcüstan və Azərbaycandan hələ cavab almayıb.

Bizimlə əlaqə saxlayın