Azərbaycan BƏƏ ilə birgə “yaşıl enerji” layihələrini müzakirə edib
sizinxeber.az xəbər saytı

Azərbaycan BƏƏ ilə birgə “yaşıl enerji” layihələrini müzakirə edib


Azərbaycan Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) ilə birgə “yaşıl enerji” layihələrini müzakirə edib.

“Sizinxeber.az” İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir ki, bu barədə müzakirələr nazir Mikayıl Cabbarov Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) sənaye və qabaqcıl texnologiyalar naziri Sultan Əhməd Əl-Cabiri ilə görüşündə aparılıb.

Görüşdə ölkəmizin təmiz ətraf mühit və “yaşıl enerji” ölkəsinə çevrilməsinin qarşıya hədəf kimi qoyulduğu vurğulanıb, enerjidən səmərəli istifadə olunması və yeni dayanıqlı enerji mənbələrinin yaradılması istiqamətində həyata keçirilən layihələr və onların icra vəziyyəti barədə məlumat verilib.

Eyni zamanda Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) BƏƏ-nin Abu Dabi Milli Neft Şirkəti (ADNOC) və “Masdar” şirkəti ilə birgə layihələri, onların icrası istiqamətində perspektivdə duran məsələlər müzakirə edilib.

Tərəflər həmçinin, Azərbaycanla BƏƏ-nin iqtisadi sahədə birgə fəaliyyətinin perspektivləri, energetika sahəsində fəal əməkdaşlığın təşviqi və COP29 çərçivəsində ölkəmizlə tərəfdaşlıq barədə müzakirələr aparıblar.

Oxşar xəbərlər

Azərbaycan BƏƏ ilə "yaşıl enerji” üzrə investisiya layihələrini müzakirə edib
Azərbaycan “Masdar”la enerji saxlanc sistemlərinin qurulmasını müzakirə edib
SOCAR-ın strukturunda “SOCAR Green” MMC şirkəti təsis edilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər