“Azərenerji” rəsmisi: "Sarıqışlaq" SES havaya atılan 14 ton karbon qazının qarşısını alır
sizinxeber.az xəbər saytı

“Azərenerji” rəsmisi: "Sarıqışlaq" SES havaya atılan 14 ton karbon qazının qarşısını alır


"Sarıqışlaq" Su Elektrik Stansiyası (SES) havaya atılan 14 ton karbon qazının qarşısını alır.

"Sizinxeber.az" xəbər verir ki, bunu "Azərenerji" ASC-nin "Yaşıl Enerji Elektrik Stansiyası" MMC-nin direktoru Ramiz Vəliyev deyib.

Onun sözlərinə görə, "Sarıqışlaq" SES Zəngilan rayonunda Oxçuçay üzərin yerləşən silsilə tipli 4 stansiyadan biridir: “Bundan əvvəl Zəngilan, Cahangirbəyli, Şayıflı SES-lər Prezident İlham Əliyevin iştirakı ilə açılıb. Hazırda "Sarıqışlaq" SES 10,5 meqavat gücündə yüklə işləyir. Bu 4 stansiya 70 % gücündə yüklə işləyə bilirlər. Stansiyanın turbinlərində ekoloji normalara sərf olunan, yəni “yaşıl enerji”nin istehsalı üçün derivasiya borularından keçən 2 ədəd ekoloji turbin quraşdırılıb ki, qəza halında bu turbinlər çayda suyu saxlamaqla öz enerjisini və çayda suyun məcrasını saxlaya bilir”.

Ramiz Vəliyev
Ramiz Vəliyev

R.Vəliyev qeyd edib ki, hazırda "Sarıqışlaq" SES-də 110 kilovoltluq açıq paylayıcı tərtibat tikilib: “Bu da nəinki “Sarıqışlaq” SES-in enerji sisteminə ötürülməsini, hətta “Şayıflı” SES-in enerji sisteminə ötürülməsinə böyük töhfə verir: “İl ərzində "Sarıqışlaq" SES 33,3 milyon kilovat-saat enerji istehsal edir. Stansiya havaya atılan 14 ton karbon qazının qarşısını alır. Bundan başqa, 33,3 milyon kubmetr qaza qənaət edir”.

“Azərenerji” rəsmisi qeyd edib ki, başqa SES-lərdən fərqli olaraq 24 saat dayanmadan işləyən bu 4 silsilə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında istifadəyə verilən ən böyük stansiyalardan biridir və hazırda 24 saat dayanmadan ekoloji təmiz enerji istehsal edir.

Foto: Ehtiram Cəbiyev

Oxşar xəbərlər

Zəngilan rayonunda “Sarıqışlaq” Su Elektrik Stansiyası istifadəyə verilib - YENİLƏNİB
Kəlbəcərdə “Yuxarı Vəng” Su Elektrik Stansiyasına media-tur təşkil olunub - FOTO
Teymur Abdullayev: Azad olunan ərazilərdə tikilən KSES-lərin ümumi gücü 270 MVt-dir
Pərviz Şahbazov: “BOEM üzrə layihələr emissiyaları illik 2,9 milyon tona qədər azalda bilər”

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər