“Azərişıq” rəsmisi: Zəngilanda bütün elektrik xətləri yeraltı çəkiləcək
sizinxeber.az xəbər saytı

“Azərişıq” rəsmisi: Zəngilanda bütün elektrik xətləri yeraltı çəkiləcək


Zəngilan şəhərində elektrik verilişi xətlərinin hamısı yeraltı çəkiləcək.

"Sizinxeber.az" xəbər verir ki, bunu "Azərişıq" ASC-nin Qarabağ Regionunun İstismar üzrə rəis müavini Rəşad İbrahimov bildirib.

Onun sözlərinə görə, Zəngilan şəhərində yerləşən 1 saylı 35/4 kilovoltluq yarımstansiyanın üstünlüyü ondan ibarətdir ki, ətrafda olan bütün yaşayış və ictimai obyektlərə elektrik verilişi xətləri tam olaraq yeraltı olacaq.

 Rəşad İbrahimov
Rəşad İbrahimov

O bildirib ki, bu yarımstansiyada 2 ədəd 2,5 MVtt transformator quraşdırılıb: “Bu transformatorlar yaxın ərazidə olan bütün obyektlərə - məktəb və yaşayış binalarına elektrik verilişi xətlərinə tam olaraq dayanıqlı enerji ilə təmin edəcək: “Zəngilan şəhərinin Baş Planına uyğun olaraq şəhərdə 24 ədəd qapalı tipli yarımstansiya olacaq. Bunun da üstünlüyü odur ki, yerüstü olan bütün elektrik xətləri ləğv olunaraq abonentə qədər olan xətlər yeraltı xətlərlə çəkiləcək”.

Foto: Ehtiram Cəbiyev

Oxşar xəbərlər

Naxçıvan şəhərinin bir hissəsində elektrik enerjisinin verilişi dayandırılacaq
Ordubadda elektrik enerjisinin verilişi müvəqqəti dayandırılacaq
Kürdəmirin 7 kəndinin elektrik şəbəkəsi yenilənir
“Azərişıq” Gədəbəyin 4 kəndində elektrik şəbəkələrini yeniləyir
Naxçıvanda yeni binalarda smart-kart tipli elektrik sayğacları quraşdırılıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər