G20 ölkələri Azərbaycanın COP Sədrliyinə dəstək ifadə edib - YENİLƏNİB
sizinxeber.az xəbər saytı

G20 ölkələri Azərbaycanın COP Sədrliyinə dəstək ifadə edib - YENİLƏNİB


Energetika naziri Pərviz Şahbazov Braziliyada G20-nin enerji keçidi üzrə nazirlər iclasında Azərbaycan və Braziliyanın növbəti “Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələr” dövrü üçün sıx əməkdaşlıq etdiyini, G20 çərçivəsində keçirilən tədbirlərin, habelə G20 Liderlər Sammitinin ambisiyaların artırılması və COP29-un nəticələrinin həyata keçirilməsində mühüm rolunu qeyd edib.

“Sizinxeber.az” Energetika Nazirliyinə istinadən xəbər verir ki, COP29 Sədrliyinin iqlim dəyişmələri ilə bağlı inkişaf etməkdə olan ölkələrin artan maliyyə ehtiyaclarını ödəmək məqsədilə yeni kollektiv kəmiyyət hədəfinin razılaşdırılması və effektiv karbon bazarları vasitəsilə iqlimlə bağlı fəaliyyətin gücləndirilməsi kimi prioritetlərindən bəhs edib.

Bildirilib ki, “Yaşıl Enerji üzrə Zona və Dəhlizlər”, “Qlobal Enerji Saxlancları və Şəbəkələri”, “Hidrogen Bəyannaməsi” təşəbbüsləri dünyada enerji keçidini sürətləndirəcək: “Enerji keçidi fərdi və kollektiv səylər tələb edən proses və öhdəlikdir. Azərbaycan inklüzivliyə tam sadiqdir və COP29-un uğurlu enerji nəticələrini təmin etmək üçün bütün maraqlı tərəflərlə işləməyə hazırdır” - deyə nazir əlavə edib.

09:33

G20 ölkələri tərəfindən Azərbaycanın BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransına (COP) Sədrliyinə və təşəbbüslərinə dəstək ifadə edilib.

“Sizinxeber.az” xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov “X” hesabında paylaşım edib.

Nazir bildirib ki, Braziliyada G20 Enerji Keçidi Nazirlər İclasında BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) Sədrliyinin iqlim dəyişmələri ilə bağlı inkişaf etməkdə olan ölkələrin artan maliyyə ehtiyaclarını ödəmək məqsədilə yeni kollektiv kəmiyyət hədəfinin razılaşdırılması və effektiv karbon bazarları vasitəsilə iqlimlə bağlı fəaliyyətin gücləndirilməsi kimi prioritetlərindən, enerji keçidini sürətləndirən “yaşıl enerji” təşəbbüslərindən danışılıb.

P. Şahbazov Azərbaycanın inklüzivliyə sadiqliyini və COP29-un uğurlu enerji nəticələrini təmin etmək üçün bütün maraqlı tərəflərlə işləməyə hazır olduğunu diqqətə çatdırıb.

Oxşar xəbərlər

Nazir: “Xəzər-Qara dəniz-Avropa dəhlizlərinin texniki iqtisadi əsaslandırılması COP29-da açıqlanacaq”
Energetika Nazirliyi COP29 gündəliyinə daxil edilən enerji təşəbbüslərini açıqlayıb
Pərviz Şahbazov Braziliyaya səfər edib
Pərviz Şahbazov: “Karbon qazı emissiyalarının azaldılması Azərbaycanın enerji gündəliyində mühüm yer tutur”
Bakıda COP29 çərçivəsində Enerji keçidi üzrə İnvestisiya Forumu keçiriləcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər