SOCAR, BP və “Azərbaycan İnvestisiya Şirkəti” arasında səhmdarlar sazişi imzalanıb
Bu gün Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf, BP-nin günəş və quruda külək enerjisi üzrə vitse-prezidenti Noelia Alvarez Marivela və “Azərbaycan İnvestisiya Şirkəti” ASC-nin icraçı direktoru Ülvi Mansurov arasında görüş keçirilib.
“Report” SOCAR-a istinadən xəbər verir ki, görüşdə SOCAR ilə BP arasında uzun illərdir davam edən qarşılıqlı səmərəli əlaqələrdən məmnunluq ifadə edilib. Bu xüsusda, Cəbrayıl rayonunda icra olunacaq “Şəfəq” layihəsində birgə iştirakın uğurlu əməkdaşlığın genişləndirilməsinin bariz göstəricisi olduğu qeyd edilib. “Şəfəq” layihəsinin Azərbaycanın bərpaolunan enerji potensialının inkişafında mühüm rol oynamaqla yanaşı, işğaldan azad edilmiş ərazilərin “yaşıl enerji” zonasına çevrilməsi istiqamətində görülən genişmiqyaslı işlərə mühüm töhfə verəcəyinə inam ifadə olunub.
Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində SOCAR, BP və “Azərbaycan İnvestisiya Şirkəti” ASC arasında səhmdarlar sazişi imzalanıb.
Cəbrayıl rayonunda 240 MVt gücündə günəş elektrik stansiyasının tikintisini nəzərdə tutan “Şəfəq” layihəsi üzrə imzalanan sənədə əsasən, “Şəfəq (Cəbrayıl) Solar Limited” (SJSL) SOCAR-ın və “Azərbaycan İnvestisiya Şirkəti” ASC-nin də daxil olması ilə birgə müəssisəyə çevrilir.
“Şəfəq” layihəsi çərçivəsində “Virtual Enerjinin Ötürmə Mexanizmi” adlanan yeni kommersiya modelindən ilk dəfə istifadə olunacaq ki, bu da günəş enerjisi istehsalına və əldə olunan enerjinin “AzərEnerji” ASC vasitəsilə milli elektrik şəbəkəsinə ötürülməsinə imkan verəcək.
Oxşar xəbərlər
Cəbrayıldakı “Şəfəq” GES-lə bağlı Birgə İştirak Müqaviləsi imzalanıb
SOCAR COP29-da geotermal enerjinin inkişafı üzrə işlərin nəticələrini açıqlayacaq
SOCAR-ın strukturunda “SOCAR Green” MMC şirkəti təsis edilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Az pensiya alanlara ŞAD XƏBƏR: Yeni güzəşt nə ola bilər? — İQTİSADÇI AÇIQLADI
-
Ən yüksək əmək haqqı bu sahədədir - Deputat
-
Türkiyə Sudanın suverenliyini dəstəkləyir - YENİLƏNİB
-
I Böyük Qayıdış Proqramı nə vaxt yekunlaşacaq?
-
"Al Arabiya": ABŞ-İran danışıqlarının yeni mərhələsi iyunun əvvəlində baş tuta bilər
-
Kazemiro "Mançester Yunayted"dən ayrıldıqdan sonra "İnter Mayami"yə keçməyi planlaşdırır
