Nazir: “Xəzər-Qara dəniz-Avropa dəhlizlərinin texniki iqtisadi əsaslandırılması COP29-da açıqlanacaq”
Xəzər-Qara dəniz-Avropa yaşıl enerji dəhlizlərinin texniki iqtisadi əsaslandırılmasının ilkin nəticələri BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində elan ediləcək.
"Report" xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov "Bakı İqlim Fəaliyyəti Həftəsi"ndə deyib.
Onun sözlərinə görə, həmçinin, Azərbaycan-Qazaxıstan və Özbəkistan arasında "yaşıl enerji"nin inkişafı və ötürülməsi sahəsində strateji əməkdaşlıq haqqında hökumətlərarası sazişin tezliklə imzalanması nəzərdə tutulur: “Bu dəhlizlər regional və qitələr arası bağlantılar qurmaqla təchizatının təhlükəsizliyinə və təmiz enerjiyə keçidə müsbət təsirlərini göstərəcək”.
Nazir bildirib ki, bu gün Azərbaycan COP29-a sədrlik edən ölkə olaraq qlobal enerji keçidini dəstəkləyən təşəbbüslərin müəllifidir: “14 təşəbbüsdən üçü "yaşıl enerji" üzrə zona və dəhlizlər, qlobal enerji saxlancları və şəbəkələri, hidrogen bəyannaməsi məhz enerji aspektində dünyada xalis sıfıra nail olmaq üçün çağırışların qarşılanmasına dəstək olmağı, enerji keçidini sürətləndirməyi hədəfləyir. İnanırıq ki, bu təşəbbüsləri yalnız COP29 çərçivəsində deyil, həmçinin qlobal miqyasda qarşıdakı 10 illiklərdə müəyyən edilmiş hədəflərin reallaşmasına da öz töhfəsini verəcək”.
Oxşar xəbərlər
COP29-da Xəzər-Qara Dəniz-Avropa yaşıl enerji dəhlizi üzrə ilkin nəticələr elan ediləcək
Serbiyanın “Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi”nə qoşulması müzakirə edilib
Pakistanlı nazir: "COP29 “yaşıl enerji” sahəsində Azərbaycanla əməkdaşlıq üçün yeni imkanlar açacaq"
"Xəzər-Qara dəniz-Avropa" Yaşıl Enerji Dəhlizi üzrə birgə müəssisənin yaradılması üçün tender keçiriləcək
Energetika Nazirliyi COP29 gündəliyinə daxil edilən enerji təşəbbüslərini açıqlayıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













