SOCAR-ın Pakistandakı layihələrdə iştirakı imkanları müzakirə edilib
sizinxeber.az xəbər saytı

SOCAR-ın Pakistandakı layihələrdə iştirakı imkanları müzakirə edilib


Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Pakistanda həyata keçirilən layihələrdə iştirakı imkanlarına dair məsələlər müzakirə edilib.

“Sizinxeber.az” SOCAR-a istinadən xəbər verir ki, bu müzakirələr bu gün SOCAR prezidenti Rövşən Nəcəf və Pakistanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Qasım Mohiuddin ilə görüşdə aparılıb.

Görüşdə Azərbaycan ilə Pakistan arasında müxtəlif sahələrdə, o cümlədən enerji sektorunda əlaqələrin yüksələn xətt ilə inkişafından məmnunluq ifadə olunub.

Söhbət zamanı ölkələr arasında enerji sektorunda əməkdaşlığın cari vəziyyəti nəzərdən keçirilib, həmçinin Pakistana maye təbii qaz (LNG) təchizatının davam etdirilmə müzakirə edilib.

Oxşar xəbərlər

SOCAR və “TotalEnergies” yaşıl enerji sahəsində əməkdaşlığı müzakirə edib
SOCAR prezidenti Böyük Britaniyanın rəsmiləri ilə əməkdaşlıq məsələlərini müzakirə edib
SOCAR prezidenti: “Enerji keçidi məsələsi bütün maraqlı tərəflərin əməkdaşlığını tələb edir”

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər