Azərbaycanda “charging” stansiyalarının enerji sisteminə təsirini azaltmaq üçün həllər hazırlanmalıdır - EKSKLÜZİV
Azərbaycanda elektromobillərin enerji doldurma stansiyaları şəbəkəsinin genişləndirilməsinə yönəlmiş “Elektromobillik üzrə Milli Plan”hazırlanıb.
Bunu “Sizinxeber.az”a açıqlamasında Energetika Nazirliyinin tabeliyindəki Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin rəhbəri Cavid Abdullayev bildirib.
Abdullayev qeyd edib ki, hazırda plan üzrə rəy və təkliflər toplanır, bundan sonra onlar növbəti baxılmaya aidiyyatı üzrə göndəriləcək.
Onun sözlərinə görə, plana əsasən, enerji doldurma stansiyalarının və aktiv istehlakçıların şəbəkəyə qoşulması əsasən paylayıcı şəbəkə vasitəsilə həyata keçirilir ki, bu da ötürücü şəbəkəyə təsir edən fluktuasiyalara səbəb olur. Bu isə öz növbəsində enerji sisteminə yükü artırır. Bu təsirləri minimuma endirmək üçün onların təsirini nəzərə almaq və paylayıcı şəbəkələrin işinin sabitləşdirilməsi üçün həllər hazırlamaq məqsədilə tədqiqatların aparılması planlaşdırılır".
Hazırda Bakı şəhərində 55-60, Sumqayıtda 2, bölgələrdə isə 30-35 enerji doldurma məntəqələri fəaliyyət göstərir. Regionlarda elektromobilləri şarj etmək üçün istifadə olunan bu qurğular– Yevlaxda, Salyanda və Qəbələnin Hacıallı kəndində, Qarabağ və Şərqi Zəngəzurda isə Füzuli, Cəbrayıl, Zəngilan, Şuşa, Xocavənd, Xocalıda quraşdırılıb.
Oxşar xəbərlər
Cavid Abdullayev: "Azərbaycanda “yaşıl enerji”yə keçid prosesi qarşısıalınmaz bir hala gəlib”
Teymur Abdullayev: Azad olunan ərazilərdə tikilən KSES-lərin ümumi gücü 270 MVt-dir
Abşeronun gələcək qaz tələbatına 4 amil təsir edə bilər
Qazaxıstan enerji çatışmazlığını azaltmaq üçün Aİ-yə neft ixracını artırmağa hazırdır
Pakistanlı nazir: "COP29 “yaşıl enerji” sahəsində Azərbaycanla əməkdaşlıq üçün yeni imkanlar açacaq"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Az pensiya alanlara ŞAD XƏBƏR: Yeni güzəşt nə ola bilər? — İQTİSADÇI AÇIQLADI
-
Ən yüksək əmək haqqı bu sahədədir - Deputat
-
Sürücülərin bilməli olduğu VACİB MƏQAM: Bu halda cərimə OLUNACAQSINIZ
-
Türkiyə Sudanın suverenliyini dəstəkləyir - YENİLƏNİB
-
I Böyük Qayıdış Proqramı nə vaxt yekunlaşacaq?
-
ABŞ Oman körfəzində İrana məxsus tankerdə axtarış aparıb
