Naxçıvan və İran arasındakı “Culfa-Culfa” elektrik xətti “Culfa” yarımstansiyasına qoşulacaq
Naxçıvan Muxtar Respublikası və İran arasındakı 132 kV-luq “Culfa-Culfa” hava elektrik verilişi xəttinin “Culfa” yarımstansiyasına qoşulması planlaşdırılır.
Bu barədə "Report"un yerli bürosuna Naxçıvanın Nazirlər Kabinetindən məlumat verilib.
Bildirilib ki, ötən əsrin 90-cı illərinin sonunda qurulmuş, qurğu və avadanlıqları uzun müddətdir istismar olunan sistem əhəmiyyətli 132/110/10 kilovoltluq “Culfa” yarımstansiyasının qidalandırıcı yüksəkgərginlikli elektrik xətlərinin yaşayış sahələrindən çıxarılması məqsədilə yerini dəyişdirməklə yenidən tikilib-quraşdırılması işləri aparılır. Yarımstansiya üçün yeni 2 ədəd 110/35/10 kV-luq, 16 MVA gücündə transformator satın alınıb.
Onlardan biri muxtar respublikaya gətirilib və yarımstansiyada quraşdırılması işləri aparılır. Yaxın zamanlarda digər güc transformatoru da Naxçıvana gətiriləcək. Tikinti-quraşdırılması davam etdiriləcək 36 MVt gücündə “Ordubad” Su Elektrik Stansiyasından 87 MVt gücündə Naxçıvan Modul Elektrik Stansiyasına çəkiləcək iki dövrəli 110 kV-luq hava elektrik verilişi xəttinin bir dövrəsinin yarımstansiyaya birləşdirilməsi də nəzərdə tutulur. Yarımstansiya Culfa şəhərində və rayonun Yaycı, Dizə kəndlərində istehlakçıların keyfiyyətli elektrik enerjisi tələbatını ödəməklə yanaşı, elektrik enerjisinin texniki itkilərini azaltmaqda mühüm rol oynayacaq. Sadalanan bölgələri qidalandıran mövcud 10 kV-luq elektrik xətti yeni yarımstansiyadan qidalandıralacaq 35 kV-luq gərginlik pilləsinə keçiriləcək.
Oxşar xəbərlər
Naxçıvanda ötən əsrin 60-cı illərindən istismar olunan yarımstansiyalar yenidən qurulur
Naxçıvanda yeni binalarda smart-kart tipli elektrik sayğacları quraşdırılıb
Naxçıvan şəhərinin bir hissəsində elektrik enerjisinin verilişi dayandırılacaq
Bakı və Naxçıvan arasında avtobus reyslərinin sayı artırılır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Az pensiya alanlara ŞAD XƏBƏR: Yeni güzəşt nə ola bilər? — İQTİSADÇI AÇIQLADI
-
Ən yüksək əmək haqqı bu sahədədir - Deputat
-
Sürücülərin bilməli olduğu VACİB MƏQAM: Bu halda cərimə OLUNACAQSINIZ
-
Türkiyə Sudanın suverenliyini dəstəkləyir - YENİLƏNİB
-
I Böyük Qayıdış Proqramı nə vaxt yekunlaşacaq?
-
ABŞ Oman körfəzində İrana məxsus tankerdə axtarış aparıb
