İraq və Suriya Hədisa-Baniyas neft kəmərinin bərpası ilə bağlı saziş imzalayıb » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
18 
iy
2026
02:00
ff aaaaaaa

İraq və Suriya Hədisa-Baniyas neft kəmərinin bərpası ilə bağlı saziş imzalayıb

18 iy, 2026
02:00
358

İraq və Suriya Hədisa-Baniyas neft kəmərinin bərpası ilə bağlı saziş imzalayıb

İraq və Suriya İraqın mərkəzi hissəsində yerləşən Hədisa şəhəri ilə Aralıq dənizi sahilindəki Suriyanın Baniyas şəhəri arasında neft kəmərinin modernləşdirilməsi və fəaliyyətinin bərpasına yönəlmiş saziş imzalayıblar.

"Sizinxeber.az" xəbər verir ki, bu barədə "INA" agentliyi məlumat yayıb.

"Tərəflər (İraq və Suriya) arasında Hədisa şəhərindən Baniyasa qədər uzanan neft kəmərinin bərpası ilə bağlı anlaşma memorandumu imzalanıb", - deyə məlumatda bildirilib.

Qeyd olunub ki, layihəyə ABŞ-nin "Chevron" şirkəti rəhbərlik edəcək.

" Al-Monitor" portalının məlumatına görə, neft kəmərinin fəaliyyətinin bərpası layihəsinin texniki və texniki-iqtisadi əsaslandırılması ilə ABŞ-ın "Chevron" və "Capital TI" şirkətlərindən, həmçinin Qətərin "UCC" şirkətindən ibarət konsorsium məşğul olmalıdır.

İraq hakimiyyəti hesab edir ki, Hədisa–Baniyas neft kəməri hissəsinin bərpası ölkənin şimalındakı Kərkük vilayətində hasil olunan neftin Aralıq dənizi sahilində yerləşən Suriyaya tədarükünü əhəmiyyətli dərəcədə artırmağa imkan verəcək. Daha sonra xammalın Avropaya ixracı planlaşdırılır.

Bizimlə əlaqə saxlayın

×
×
×
Telegram

Bizi Telegram-da izləyin!

Ən son xəbərlərdən ilk siz xəbərdar olun.

Qoşul