17
iy
2026
22:47
yuxarı
Brent neftinin qiyməti 12 iyundan ilk dəfə olaraq 88 dolları ötüb
Brent neftinin qiyməti 12 iyundan ilk dəfə olaraq 88 dolları ötüb
Londonun ICE birjasında sentyabr ayı üçün tədarük ediləcək Brent markalı neft fyuçerslərinin qiyməti 12 iyundan ilk dəfə olaraq bir barel üçün 88 dolları ötüb.
"Report" xəbər verir ki, Bakı vaxtı ilə saat 21:31-ə olan məlumata görə, Brent neftinin qiyməti 4,52% artaraq 88,04 dollar/barelə yüksəlib.
Saat 21:36-da isə Brent markalı neftin qiymətində artım zəifləyib və göstərici bir barel üçün 87,74 dollar təşkil edib (artım 4,17%).
