Ciovanni Kristofoli: "Azərbaycan gələcək onilliklərdə də regionun enerji mərkəzi statusunu qoruyacaq"
Ciovanni Kristofoli: "Azərbaycan gələcək onilliklərdə də regionun enerji mərkəzi statusunu qoruyacaq"
Azərbaycan gələcək onilliklər ərzində də regionun enerji mərkəzi statusunu qoruyacaq.
"Sizinxeber.az" xəbər verir ki, bunu BP şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Cio Kristofoli ADA Universitetinin İnkişaf və Diplomatiya İnstitutunun təşkilatçılığı ilə keçiriləcək XX Bakı Yay Enerji Məktəbinin açılış mərasiminə bildirib.
Onun sözlərinə görə, bunun üçün ölkədə bütün əsas üstünlüklər var: "Əminəm ki, bu proqramın 30, 40 və 50 illik yubileylərini də birlikdə qeyd edəcəyik. İnanıram ki, Azərbaycan və region qarşıdakı onilliklər ərzində də enerji mərkəzi olacaq. Çünki burada zəngin karbohidrogen ehtiyatları, inkişaf etmiş infrastruktur – boru kəmərləri, terminallar və platformalar, uğurlu əməkdaşlıq təcrübəsi, peşəkar insan resursları, eləcə də biznes və innovasiyalar üçün əlverişli mühit mövcuddur".
BP rəsmisinin sözlərinə görə, şirkət Azərbaycanla 30 illik tərəfdaşlığı ilə fəxr edir. O qeyd edib ki, bu əməkdaşlıq yalnız neft-qaz layihələri ilə məhdudlaşmamalıdır: "Biz SOCAR və tərəfdaşlarımızla ölkənin enerji ehtiyatlarının işlənməsi istiqamətində fəaliyyətimizi davam etdirəcəyik. Amma bununla kifayətlənmək olmaz. Bizim Azərbaycanın insan kapitalının inkişafına, təhsilə, mədəniyyətə və sosial proqramlara dəstək vermək kimi mənəvi öhdəliyimiz də var. ADA Universitetini gələcək illərdə də dəstəkləməyə davam edəcəyik".
