Nizami rayonunda elektrik xəttlərində təmir işləri aparılacaq
sizinxeber.az xəbər saytı

Nizami rayonunda elektrik xəttlərində təmir işləri aparılacaq


Sabah Nizami rayonunun bir hissəsində elektrik enerjisinin verilişində fasilə yaranacaq

Bu barədə "Sizinxeber.az"a "Azərişıq" ASC-dən məlumat verilib.

Bildirilib ki, Nizami Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) ərazisində 42 nömrəli Transformator Məntəqəsində (TM) təmir-təftiş işləri aparılacaq.

Bununla əlaqədar olaraq saat 10:00-dan 14:00-dək Cəmşid Naxçıvanski küçəsinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. Təmir-təftiş işləri yekunlaşdıqdan sonra həmin ərazi daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.

Oxşar xəbərlər

Paytaxtın üç rayonunun elektrik xəttlərində yenidənqurma işləri aparılacaq
Bu gün Suraxanıda işıq kəsiləcək
Xırdalan şəhərinin bir hissəsində işıq olmayacaq
Binəqədinin bəzi ərazilərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq
Qaraçuxur qəsəbəsində işıq kəsiləcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər