Bakı-Tbilisi-Ərzurum boru kəməri ilə nəqletmə 3 %-dən çox artıb
sizinxeber.az xəbər saytı

Bakı-Tbilisi-Ərzurum boru kəməri ilə nəqletmə 3 %-dən çox artıb


Bu ilin yanvar-mart aylarında Azərbaycanın magistral qaz kəmərləri ilə 11 milyard 125,1 milyon kubmetr qaz nəql edilib.

"Sizinxeber.az"un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, bu, 2025-ci ilin 3 ayı ilə müqayisədə 3,3 % çoxdur.

Hesabat dövrünə qazın nəqlinin 50,8 %-i Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməri vasitəsilə həyata keçirilib. Bu kəmərlə 5 milyard 653,4 milyon kubmetr qaz ötürülüb. Bu, illik müqayisədə 3,8 % çoxdur.

Cənubi Qafqaz Boru Kəməri ilə Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən "Şahdəniz" qaz-kondensat yatağından hasil edilən qaz Azərbaycana, Gürcüstana və Türkiyəyə çatdırılır. Cənubi Qafqaz Boru Kəməri 2006-cı ilin sonlarında istismara verilib və "Şahdəniz" yatağının I mərhələsi çərçivəsində hasil edilən qaz nəql edilməyə başlanıb. 2018-ci ilin yayından isə "Şahdəniz" yatağının ikinci mərhələsi çərçivəsində hasil edilən qazın genişləndirilmiş Cənubi Qafqaz Boru Kəməri ilə Türkiyəyə - TANAP kəmərinə təhvil verilməsinə başlanılıb.

Oxşar xəbərlər

Bakı-Tbilisi-Ərzurum boru kəməri ilə nəqletmə 2 %-ə yaxın azalıb
Bakı-Tbilisi-Ərzurum boru kəməri ilə nəqletmə 5 %-dən çox artıb
Azərbaycan 4 ayda 9 milyon tondan çox neft-kondensat hasil edib
Bu il Azərbaycan 22 milyon tondan çox neft-kondensat ixrac edib
Azərbaycanda I rübdə 7 milyon tona yaxın neft-kondensat hasil edilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər