Azərbaycanda I rübdə 7 milyon tona yaxın neft hasil edilib
2026-cı ilin yanvar-mart ayları üzrə operativ məlumatlara əsasən, respublikada 6,6 milyon ton neft (kondensatla birlikdə) hasil edilib.
"Report" xəbər verir ki, bu barədə Energetika Nazirliyinin bu ilin yanvar-mart ayları üzrə açıqladığı operativ məlumatlarında deyilir.
Bu, ötən ilin eyni dövrü ilə 0,3 milyon ton və ya 4,3 % azdır.
Qeyd edilib ki, bu ilin yanvar-mart aylarında respublika üzrə neft hasilatının 3,9 milyon tonu "Azəri-Çıraq-Günəşli" yataqlar blokunun payına düşüb. Bu, 2025-ci ilin ilk üç ayı ilə müqayisədə AÇG üzrə neft hasilatı 0,1 milyon ton və ya 2,5 % azdır.
"Şahdəniz" yatağından isə 0,9 milyon ton kondensat hasil edilib. Bu isə ötən ilin yanvar-mart aylarının hasilat göstəricisi ilə müqayisədə 0,1 milyon ton və ya 10 % azdır.
Həmçinin, bu müddət ərzində 0,1 milyon tonu (qaz kondensatı) "Abşeron" yatağının payına düşüb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 0,04 milyon ton və ya 28,5 % azdır
Bu ilin yanvar-mart aylarında Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) üzrə neft (kondensatla birlikdə) hasilatı 1,7 milyon ton təşkil edib ki, bu da daha əvvəlki ilin ilk üç ayı ilə müqayisədə 0,1 milyon ton və ya 5,5 % azdır.
Yeri gəlmişkən, "Azəri-Çıraq-Günəşli" və "Şahdəniz" yataqları istismara veriləndən aprelin 1-dək 675 milyon tona yaxın neft (qaz kondensatı ilə birlikdə) hasil edilib. "Azəri-Çıraq-Günəşli"dən 621,7 milyon ton neft, "Şahdəniz"dən isə 53,3 milyon tona yaxın kondensat hasil olunub.
Qeyd edək ki, "Abşeron" yatağı Azərbaycan geoloqları tərəfindən 1960-cı illərdə kəşf edilib. Yataqda qaz həcminin 350 milyard kubmetr olduğu bildirilir.
Azərbaycan sahillərindən təxminən 100 km aralıqda yerləşən "Azəri-Çıraq-Günəşli" yataqlar blokundan ilk neft 1997-ci ildə hasil olunub. Yataqlar blokunun işlənməsi üzrə hasilat bölgüsünə dair ilk müqavilə 1994-cü ilin 20 sentyabr tarixində imzalanıb. 2017-ci ilin 14 sentyabr tarixində isə həmin yataqların birgə istismarına və hasilatın pay bölgüsünə dair yeni saziş imzalanıb. Bu saziş yataqların 2049-cu ilin sonunadək işlənməsini nəzərdə tutur.
"Şahdəniz" perspektiv sahəsinin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında saziş 1996-cı il iyunun 4-də imzalanıb. "Şahdəniz" üzrə hasilatın pay bölgüsü (PSA) sazişi 17 oktyabr 1996-cı ildə ratifikasiya olunub. Bakıdan 70 km cənub-şərqdə yerləşən yataq 1999-cu ildə kəşf olunub.
Oxşar xəbərlər
Azərbaycanda 8 ayda neft hasilatının həcmi açıqlanıb
Azərbaycanda 7 ayda 17 milyon ton neft hasil edilib
Azərbaycanda əmtəəlik qaz hasilatı 4 %-dən çox artıb
Bu il Azərbaycanda əmtəəlik qaz hasilatı 6 %-ə yaxın artıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Sosial yardım bu şərtlərlə və həmin ailələrə veriləcək — AÇIQLAMA
-
Kredit götürənin sosial yardımı kəsiləcək? - VACİB AÇIQLAMA
-
Hər uşağa görə ayrıca pul veriləcək? – AÇIQLAMA
-
İranda hərbi əməliyyatlar yenidən başlayır? - Netanyahu və Tramp nələri müzakirə etdilər?
-
Xabi Alonso “Çelsi”nin baş məşqçisi olacaq
-
Kanada rəsmisi: Şəhər problemləri hökumətlərin həll imkanlarını üstələyir
