Sabah Sabunçu və Binəqədinin bir hissəsində qaz kəsiləcək » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
08 
apr
2026
20:30
0
0
1 766
ff

Sabah Sabunçu və Binəqədinin bir hissəsində qaz kəsiləcək

08 apr, 2026
20:30
1 766

Sabah Sabunçu və Binəqədinin bir hissəsində qaz kəsiləcək

Sabah Bakının Sabunçu və Binəqədi rayonlarının bir hissəsinin təbii qazla təchizatında fasilə yaranacaq.

"Sizinxeber.az" bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyinin Tərtər regional Qaz İstismar İdarəsinə istinadən xəbər verir.

Məlumata əsasən, qaz xətlərində aparılacaq təmir-quraşdırma işləri ilə əlaqədar saat 10:00-dan etibarən Sabunçu rayonu üzrə Maştağa-Gülçülük, Südçülük, Daş Karxanası və Subtropik Sovxoz ərazisinin, Binəqədi rayonu üzrə isə 7-ci mikrorayon, A.Kunanbayev, İ.Hacıyev və S.Axundov küçələrinin qaz təchizatı müvəqqəti dayandırılacaq.

Bizimlə əlaqə saxlayın

×
×