Azərbaycan neftinin qiyməti 141 dollardan aşağı düşüb
sizinxeber.az xəbər saytı

Azərbaycan neftinin qiyməti 141 dollardan aşağı düşüb


Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1 ABŞ dolları və ya 0,7 % azalaraq 140,68 ABŞ dolları təşkil edib.

Bu barədə "Sizinxeber.az"a neft bazarındakı mənbə məlumat verib.

Hərracların nəticələrinə görə, "Brent" markalı neftin iyun fyuçerslərinin qiyməti 144,42 ABŞ dolları təşkil edib.

Türkiyənin Ceyhan limanında FOB bazasında "Azeri Light" markalı Azərbaycan neftinin bir barelinin qiyməti 0,57 ABŞ dolları və ya 0,42 % azalaraq 134,58 ABŞ dolları təşkil edib.

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.

Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. Azərbaycanda bu markadan olan neft "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Müqavilədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) payı 31,65 %-dir.

Oxşar xəbərlər

Azərbaycan neftinin qiyməti 98 dollardan aşağı düşüb
Azərbaycan neftinin qiyməti 67 dollardan aşağı düşüb
Azərbaycan neftinin qiyməti 71 dollardan aşağı düşüb
Azərbaycan neftinin qiyməti 71 dollara düşüb
Azərbaycan neftinin qiyməti 70 dollardan aşağı düşüb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər