KİV: Yorgensen Yaxın Şərqdəki vəziyyətlə əlaqədar Aİ ölkələrini qaz alışını təxirə salmağa çağırıb
Avropa Komissiyası Yaxın Şərqdəki böhran fonunda enerji daşıyıcılarının qiymət artımının qarşısını almaq üçün Avropa İttifaqı (Aİ) ölkələrini qaz anbarlarının doldurulması üzrə hədəfləri azaltmağa çağırıb.
"Report"un "Financial Times"a istinadən verdiyi məlumata görə, müvafiq tövsiyələr Aİ-nin energetika məsələləri üzrə komissarı Dan Yorgensenin Aİ ölkələrinin energetika nazirlərinə ünvanladığı məktubunda öz əksini tapıb.
Sənəddə qeyd olunub ki, ABŞ, İsrail və İran arasındakı müharibənin səbəb olduğu tədarüklə bağlı gərgin vəziyyət fonunda ölkələrə çeviklik nümayiş etdirmək və anbarların doldurulması üzrə hədəf səviyyəsini 90 %-dən 80 %-ə endirmək təklif olunur. Həmçinin, əlverişsiz bazar konyunkturası şəraitində bu göstəricinin 75 %-ə qədər azaldılması da mümkündür.
D.Yorgensen yayın sonunda qiymətlərin daha da artmasına səbəb ola biləcək "ajiotajlı tələbat"ın qarşısını almaq üçün qaz alışlarını sürətləndirməməyi və ehtiyatları tədricən doldurmağı tövsiyə edib. Bununla yanaşı, hədəf göstəricilərinə nail olmaq üçün son müddətin dekabrın 1-nə keçirilməsi təklif olunur.
Nəşrin məlumatına görə, Brüsseldə ehtiyat edirlər ki, Aİ ölkələrinin əvvəlki normativləri tez bir zamanda yerinə yetirmək istəyi bazara təzyiqi artıra bilər. Elə bu həftə Yaxın Şərqdə enerji infrastrukturuna edilən hücumlardan sonra Avropada qazın qiyməti 21,5 % artıb.
Məktubda həmçinin vurğulanıb ki, təchizatda nisbi sabitliyə baxmayaraq, vəziyyət gərgin olaraq qalır və Qətərdən mayeləşdirilmiş qaz ixracının bərpası daha çox vaxt apara bilər.
Oxşar xəbərlər
Dan Yorgensen: Aİ-nin Rusiya enerji daşıyıcılarının idxalına qayıtması səhv olacaq
Dan Yorgensen: "Cənubi Qafqaz-Avropa enerji inteqrasiyası zəmanətlərin verilməsi ilə həyata keçirilə bilər"
Yorgensen: Aİ 2024-cü ildə Rusiya qazının alınmasına Ukraynaya yardımdan daha çox pul xərcləyib
Dan Yorgensen: “Aİ Rusiyadan aldığı enerji üçün sərf etdiyi məbləğ 2 400 ədəd “F-35” qırıcısının dəyərinə bərabərdir“
Avropa Komissiyasının enerji məsələləri üzrə komissarı Azərbaycana gəlir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kredit götürənin sosial yardımı kəsiləcək? - VACİB AÇIQLAMA
-
Sosial yardım bu şərtlərlə və həmin ailələrə veriləcək — AÇIQLAMA
-
Hər uşağa görə ayrıca pul veriləcək? – AÇIQLAMA
-
İranda hərbi əməliyyatlar yenidən başlayır? - Netanyahu və Tramp nələri müzakirə etdilər?
-
Kanada rəsmisi: Şəhər problemləri hökumətlərin həll imkanlarını üstələyir
-
Malayziya nümayəndəsi: Mənzil siyasətində əlçatanlıq, münasib qiymət və adekvatlıq əsas prinsiplər olmalıdır
