"Brent" neftinin bir barelinin qiyməti 116 dolları ötüb - YENİLƏNİB
Dünya bazarlarında "Brent" markalı neftin 1 barelinin qiyməti 116 ABŞ dollarını keçib.
"Report" xəbər verir ki, bunu ticarət məlumatları təsdiləyir.
"Brent" markalı neftin may fyuçerslərinin qiyməti əvvəlki bağlanışa nisbətən 8,15 % artaraq martın 9-dan bəri ilk dəfə 1 barel üçün 116,13 ABŞ dollarına çatıb.
WTI markalı neftin may fyuçersləri isə 1,38 % bahalaşaraq 1 barel üçün 96,78 ABŞ dolları təşkil edib.
2026-cı ilin may ayında tədarük ediləcək "Brent" markalı neftin qiyməti Londonun ICE birjasında keçirilən hərraclar zamanı 2025-ci il martın 9-dan bəri ilk dəfə olaraq bir barel üçün 112 dollar həddinə çatıb.
"Report" xəbər verir ki, bunu ticarət platformasının məlumatları sübit edir.
Bakı vaxtı ilə saat 04:46-ya olan məlumata əsasən, xammalın qiyməti 8,21 faiz artım nümayiş etdirərək bir barel üçün 112 dollar səviyyəsində qərarlaşıb.
Bakı vaxtı ilə 04:50-yə doğru yüksəliş dinamikası bir qədər zəifləyib və enerji daşıyıcısının qiyməti bir barel üçün 111,84 dollar (+8,06) təşkil edib.
Daha əvvəl ABŞ Prezidenti Donald Tramp "neft bazarındakı qısamüddətli axsamaları yumşaltmaq" məqsədilə "Cons Qanunu"nun qüvvəsinin 60 gün müddətinə müvəqqəti dayandırılması haqqında qərar imzalayıb.
"Cons Qanunu" tələb edir ki, ABŞ limanları arasında hərəkət edən istənilən yüklər yalnız Amerika istehsalı olan, milli bayraq altında üzən və ölkə vətəndaşlarından ibarət heyətə malik gəmilərlə çatdırılmalıdır.
Oxşar xəbərlər
Neftin qiyməti iyunun 23-dən bəri ilk dəfə 73 dolları ötüb
“Brent” markalı neftin qiyməti apreldən sonra ilk dəfə 70 dolları ötüb
“Brent” neftinin qiyməti yanvarın 20-dən bəri ilk dəfə 81 dolları ötüb
“Brent” markalı neftin qiyməti yanvarın 9-dan ilk dəfə 76 dollardan aşağı düşüb
“Brent” markalı neftin qiyməti 91 dolları ötüb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kredit götürənin sosial yardımı kəsiləcək? - VACİB AÇIQLAMA
-
Sosial yardım bu şərtlərlə və həmin ailələrə veriləcək — AÇIQLAMA
-
Hər uşağa görə ayrıca pul veriləcək? – AÇIQLAMA
-
İranda hərbi əməliyyatlar yenidən başlayır? - Netanyahu və Tramp nələri müzakirə etdilər?
-
Kanada rəsmisi: Şəhər problemləri hökumətlərin həll imkanlarını üstələyir
-
Malayziya nümayəndəsi: Mənzil siyasətində əlçatanlıq, münasib qiymət və adekvatlıq əsas prinsiplər olmalıdır
