Azərbaycan Çin şirkəti ilə bərpa olunan enerji layihələrinin inkişafını müzakirə edib
Azərbaycan və Çinin "PowerChina Resources Ltd" şirkəti arasında bərpa olunan enerji layihələrinin inkişafı müzakirə edilib.
"Report" Energetika Nazirliyinə istinadən xəbər verir ki, bu müzakirələr nazir Pərviz Şahbazovun şirkətin icraçı vitse-prezidenti He Shiyou ilə keçirilən görüşdə aparılıb.
Görüşdə 160 MVt gücündə günəş elektrik stansiyası, 2 QVt gücündə dənizdə külək enerjisi layihələrinin icrası, eləcə də yeni investisiya imkanları ilə bağlı məsələlər müzakirə edilib. Günəş enerjisi layihəsinin həyata keçirilməsi istiqamətində irəliləyişlər qeyd edilib, bu stansiyanın ölkəmizin bərpa olunan enerji layihələrinin inkişafı ilə bağlı ikinci mərhələdə şəbəkəyə inteqrasiyasının nəzərdə tutulduğu vurğulanıb. Bu müstəvidə, hazırda Çinin Elektrik Enerjisinin Planlaşdırılması və Mühəndislik İnstitutu (EPPEI) tərəfindən aparılan şəbəkə tədqiqatlarının nəticələrinin mühüm rolu diqqətə çatdırılıb.
Görüşdə Çin şirkətinin Azərbaycanla bərpa olunan enerji sahəsində əməkdaşlığa strateji əhəmiyyət verdiyi və yeni investisiya imkanlarının qiymətləndirilməsində maraqlı olduğu bildirilib.
Söhbət zamanı Çində ağıllı şəbəkələrin inkişafı, "yeni enerji sistemi"nin formalaşdırılması və rəqəmsal transformasiyanın gücləndirilməsi, data mərkəzləri və Sİ-nin enerji ilə təminatında bərpa olunan enerjinin payının artırılması kimi elektrik enerjisi sahəsində qəbul edilmiş yeni siyasətlər, eləcə də qlobal enerji və sənaye dəyər zəncirlərinin üzləşdiyi çağırışlara dair fikir mübadiləsi aparılıb.
Oxşar xəbərlər
Azərbaycan ilə Çin arasında energetika sahəsində bir sıra sənədlər imzalanıb
Azərbaycan və İran elektrik enerjisinin ixracını müzakirə edib - YENİLƏNİB
Çinlə Azərbaycanın elektrik enerjisi ötürmə şəbəkəsinin tədqiqatına dair Saziş imzalanıb
Azərbaycan Çin şirkəti ilə enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzalayıb
Çin şirkəti Xəzərdə külək enerjisi layihəsinin həyata keçirilməsini araşdırır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kredit götürənin sosial yardımı kəsiləcək? - VACİB AÇIQLAMA
-
Sosial yardım bu şərtlərlə və həmin ailələrə veriləcək — AÇIQLAMA
-
Hər uşağa görə ayrıca pul veriləcək? – AÇIQLAMA
-
İranda hərbi əməliyyatlar yenidən başlayır? - Netanyahu və Tramp nələri müzakirə etdilər?
-
Kanada rəsmisi: Şəhər problemləri hökumətlərin həll imkanlarını üstələyir
-
Malayziya nümayəndəsi: Mənzil siyasətində əlçatanlıq, münasib qiymət və adekvatlıq əsas prinsiplər olmalıdır
