“AzərEnerji” rəsmisi: Kəlbəcərdə yeni istifadəyə verilən 3 KSEK-in illik istehsal gücü 68 milyon kVt/saatdır
sizinxeber.az xəbər saytı

“AzərEnerji” rəsmisi: Kəlbəcərdə yeni istifadəyə verilən 3 KSEK-in illik istehsal gücü 68 milyon kVt/saatdır


Kəlbəcər rayonunda yeni istifadəyə verilən 3 kiçik su elektrik stansiyasının illik istehsal gücü 68 milyon kVt/saatdır.

“Sizinxeber.az”un Kəlbəcərə ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu “AzərEnerji” ASC Yaşıl enerji elektrik stansiyalarının baş mühəndisi Razim Qasımov jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, “Aşağı Vəng”, “Nadirxanlı” və "Çaykənd" kiçik su elektrik stansiyalarının illik istehsal gücü 68 milyon kVt/saatdır:

“İstehsal olunan elektrik enerjisi Kəlbəcərin 25 min əhalisini elektrik enerjisi ilə təmin edir. Stansiyada çalışanlar da Kəlbəcər sakinləridir. Ümumilikdə “Aşağı Vəng”, “Nadirxanlı” və "Çaykənd" kiçik su elektrik stansiyalarının illik istehsal gücü 68 milyon kVt/saat təşkil edir”.

Qeyd edək ki, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva avqustun 21-də Kəlbəcər rayonunun Vəng kəndində “AzərEnerji” ASC-nin “Aşağı Vəng”, “Nadirxanlı” və "Çaykənd" kiçik su elektrik stansiyalarının açılışında iştirak ediblər.

Oxşar xəbərlər

Kəlbəcərin Vəng kəndində “Aşağı Vəng”, “Nadirxanlı” və “Çaykənd” kiçik su elektrik stansiyalarının açılışı olub
“Aşağı Vəng” və “Nadirxanlı” KSEK-lər 25 min nəfəri elektrik enerjisi ilə təmin edəcək
Kəlbəcərin Vəng kəndində “Aşağı Vəng”, “Nadirxanlı” və “Çaykənd” kiçik su elektrik stansiyalarına media-tur təşkil edilib
Teymur Abdullayev: Azad olunan ərazilərdə tikilən KSES-lərin ümumi gücü 270 MVt-dir
Azərbaycanın ümumi elektrik enerjisi istehsalı gücü 8,4 min MVt-ı ötüb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər