Biləsuvarda ölkənin ən böyük GES-in tikintisinə başlanılıb
Biləsuvar rayonunda Azərbaycanın ən böyük Günəş Elektrik Stansiyasının (GES) tikintisinə başlanılıb.
"Report"un Muğan bürosunun məlumatına görə, bu gün Biləsuvarda gücü 445 meqavat olacaq GES-in inşası layihə çərçivəsində ilk günəş paneli dayağının quraşdırılması və tikinti işlərinə başlanılıb.
Bu münasibətilə Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov, Birləşmir Ərəb Əmirliklərinin “Masdar” şirkətinin Azərbaycan nümayəndəliyinin rəhbəri Murad Sadıxov, Çin Xalq Respublikasının “China Energy Development” şirkətinin layihə rəhbəri Du Ning və Fan Tao ərazidə görülən işlərlə tanış olublar.
Kollektivlə görüşü zamanı qeyd olunub ki, bu böyük layihənin həyata keçirilməsi nəticəsində rayonun enerji təminatında əhəmiyyətli irəliləyişin əldə olunacağını, alternativ enerji mənbələrinin istifadəsinin genişlənəcəyini və ekoloji baxımdan təmiz enerji istehsalının bölgənin dayanıqlı inkişafına mühüm töhfə verəcəkdir.
Həmçinin, tədbirdə tərəfdaş şirkətlərin nümayəndələri layihə barədə məlumat veriblər. Daha sonra Faiq Qürbətov və Murad Sadıxov ilk günəş paneli dayağına imza ataraq işlərə start veriblər.
Xatırladaq ki, Azərbaycanda bərpaolunan enerji mənbələrindən istifadənin genişləndirilməsi və “yaşıl enerji” zonasının yaradılması məqsədilə Biləsuvarda gücü 445 meqavat olacaq GES-in inşası ilə əlaqədar Azərbaycan dövləti ilə “Masdar” şirkəti arasında müqavilə imzalanıb. 4 iyun 2024-cü il tarixdə isə Azərbaycan Prezidenti İlham Əliyev və BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri Sultan Əhməd Əl Cabirin iştirakı ilə layihənin təməli qoyulub.
Qeyd edək ki, ümumi gücü 445 meqavat olacaq stansiyanın inşası məqsədilə dövlət mülkiyyətində olan və rayonun inzibati sərhədləri daxilində yerləşən 1 454 hektar ərazi ayrılıb. Layihənin icrasında Çin, Türkiyə, İspaniya və digər ölkələrdən olan yüksək ixtisaslı mütəxəssislər iştirak edirlər. Eyni zamanda, Biləsuvardan olan 1 500 nəfər yerli əməkdaşın layihəyə cəlb olunması planlaşdırılır.
Oxşar xəbərlər
Biləsuvarda Günəş Elektrik Stansiyasının tikintisinə hazırlıqla bağlı görüş keçirilib
“Masdar” Azərbaycanın elektrik enerjisinə olan tələbatının 30 %-dən çoxunu BOEM hesabına təmin edəcək
Neftçalada günəş elektrik stansiyasının tikinti layihəsi ilə bağlı hazırlıq görüşü olub
Biləsuvarda Günəş Elektrik Stansiyasının inşasına hazırlıq müzakirə edilib
Azərbaycanda inşa ediləcək günəş və külək stansiyalarının istifadəyə veriləcək tarix açıqlanıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Azercell"də dəyişiklik - Bu xidmətləri də dayandırır
-
“e-Sosial” portalında yenilik əlilliyi olan şəxslər üçün istifadə rahatlığının artırılmasına xidmət edir – AÇIQLAMA
-
Leyla Əliyeva "ASAN Məktub" sosial proqramının 10 illiyinə həsr olunan tədbirdən paylaşım edib
-
Milli Məclisin bugünkü iclasının gündəliyi dəyişib
-
Azərbaycanda bəzi cərimələr sərtləşdirilir
-
Deputat: Qızıl ehtiyatlarının artması dəyər qazanan aktivlərə daha çox vəsaitin yönəldilməsinə imkan yaradır








