Alparslan Bayraktar: "Azərbaycandan Suriyaya qaz tədarükü ikinci mərhələdə 6 milyon kubmetrə çatacaq"
Azərbaycan və Türkiyə ikinci mərhələdə Azərbaycan qazının Suriyaya tədarük həcmini gündə 6 milyon kubmetrə çatdırmağı planlaşdırır.
“Report” xəbər verir ki, bu barədə Türkiyənin energetika naziri Alparslan Bayraktar "A Haber" telekanalının efirində bildirib.
O qeyd edib ki, hazırda Suriyaya gündəlik 3,4 milyon kubmetr Azərbaycan qazı tədarük edilir.
"Lakin tədarükün həyata keçirildiyi qaz kəməri gündəlik 6 milyon kubmetr qazın nəqli üçün nəzərdə tutulub. İkinci mərhələdə bu göstəricini 3,4 milyon kubmetrdən 6 milyon kubmetrə qədər artırmağı planlaşdırırıq", - A.Bayraktar deyib.
Nazir qeyd edib ki, bu tədarüklər qrant əsasında deyil, kommersiya əsasında həyata keçirilir.
"Azərbaycandan daxil olan təbii qaz Suriyaya ixrac edilir. Azərbaycan qaz tədarükü ilə bağlı öhdəlik götürüb və onu Suriyaya satır. Türkiyə qazın çatdırılması və nəqlinə görə məsuliyyət daşıyır və müvafiq logistikanı təmin edir. Bundan əlavə, Qətər İnkişaf Fondu bu layihənin maliyyələşdirilməsini təmin edir. Beləliklə, burada müəyyən kommersiya fəaliyyətindən söhbət gedir", - A.Bayraktar bildirib.
O əlavə edib ki, Azərbaycanda hasil olunan qaz Türkiyəyə, BOTAŞ-ın sisteminə daxil olur və bağlanmış mübadilə sazişinə əsasən, Türkiyə bu qazı Suriya-Türkiyə sərhədində, Yavuzlu bölgəsində təhvil verir.
Oxşar xəbərlər
Alparslan Bayraktar: "Türkiyə Suriyaya elektrik enerjisi ixracını 2 dəfədən çox artırmağı hədəfləyir"
Alparslan Bayraktar: "Suriyaya ildə 2 milyard kubmetrə qədər təbii qaz ixracı mümkün olacaq"
Alparslan Bayraktar: "Azərbaycan qazının Suriyaya tədarükü avqustun 2-də başlayacaq"
Məhəmməd Əl Bəşir: "Azərbaycandan Suriyaya ilkin mərhələdə gündəlik 4,3 milyon kubmetr qaz ötürüləcək”
Məhəmməd Əl Bəşir: "Azərbaycandan Suriyaya ilkin mərhələdə gündəlik 3,4 milyon kubmetr qaz ötürüləcək”
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Azercell"də dəyişiklik - Bu xidmətləri də dayandırır
-
“e-Sosial” portalında yenilik əlilliyi olan şəxslər üçün istifadə rahatlığının artırılmasına xidmət edir – AÇIQLAMA
-
Leyla Əliyeva "ASAN Məktub" sosial proqramının 10 illiyinə həsr olunan tədbirdən paylaşım edib
-
Milli Məclisin bugünkü iclasının gündəliyi dəyişib
-
Azərbaycanda bəzi cərimələr sərtləşdirilir
-
Deputat: Qızıl ehtiyatlarının artması dəyər qazanan aktivlərə daha çox vəsaitin yönəldilməsinə imkan yaradır








