Bu il “Şahdəniz” yatağı üzrə əsaslı xərclər 16 % artıb
Bu ilin yanvar-iyun aylarında “Şahdəniz” konsorsiumu Xəzərin Azərbaycan sektorunda yerləşən eyniadlı qaz-kondensat yatağı üzrə fəaliyyətlərə təxminən 1 milyard 282 milyon ABŞ dolları əməliyyat və 472 milyon ABŞ dolları əsaslı xərclər yönəldib.
Bu barədə “Sizinxeber.az” yatağın operatoru olan “BP-Azerbaijan” şirkətinin əməliyyatçılar adından bu ilin I yarısının yekunları üzrə biznesə dair yaydığı məlumata istinadən xəbər verir..
“Şahdəniz” yatağı üzrə əməliyyat xərclərinin həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 31 milyon ABŞ dolalrı və ya 2,5 %, əsaslı xərclərin həcmi isə il ərzində 65 milyon ABŞ dolları və ya 16 % artıb.
Bildirilib ki, bu xərclərin böyük əksəriyyəti “Şahdəniz 2” layihəsinə aid olub.
Qeyd edək ki, "Şahdəniz" perspektiv sahəsinin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında saziş 1996-cı il iyunun 4-də imzalanıb. "Şahdəniz" üzrə hasilatın pay bölgüsü (PSA) sazişi 17 oktyabr 1996-cı ildə ratifikasiya olunub. Bakıdan 70 km cənub-şərqdə yerləşən yataq 1999-cu ildə kəşf olunub.
Layihədə BP (operator – 29,99 %), Cənub Qaz Dəhlizi (16,02 %), “LUKoil” (19,99 %), TPAO (19 %), MVM (5 %), NİKO (10 %) şirkətləri iştirak edir.
Oxşar xəbərlər
Neft Fondu “Şahdəniz”in işlənməsindən əldə etdiyi gəlirlərini açıqlayıb
ARDNF 11 ayda “Şahdəniz” yatağının işlənməsindən gəlirlərini açıqlayıb
ARDNF-nin “Şahdəniz”in işlənməsindən gələn gəlirləri açıqlanıb
ARDNF ötən il “Şahdəniz” yatağının işlənməsindən gəlirlərini açıqlayıb
BP: “Şahdəniz” layihəsinə təxminən 30 milyard ABŞ dolları kapital qoyulub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Azercell"də dəyişiklik - Bu xidmətləri də dayandırır
-
“e-Sosial” portalında yenilik əlilliyi olan şəxslər üçün istifadə rahatlığının artırılmasına xidmət edir – AÇIQLAMA
-
Leyla Əliyeva "ASAN Məktub" sosial proqramının 10 illiyinə həsr olunan tədbirdən paylaşım edib
-
Milli Məclisin bugünkü iclasının gündəliyi dəyişib
-
Azərbaycanda bəzi cərimələr sərtləşdirilir
-
Deputat: Qızıl ehtiyatlarının artması dəyər qazanan aktivlərə daha çox vəsaitin yönəldilməsinə imkan yaradır








