Bu il AÇG üzrə əsaslı xərclər 20 % azalıb
sizinxeber.az xəbər saytı

Bu il AÇG üzrə əsaslı xərclər 20 % azalıb


Bu ilin yanvar-iyun aylarında Xəzərin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq və Dərinsulu Günəşli” (AÇG) yataqları üzrə fəaliyyətlərə təqribən 259 milyon ABŞ dolları əməliyyat və 558 milyon ABŞ dollarına yaxın əsaslı xərclər yönəldilib.

Bu barədə “Report” blokun operatoru “BP-Azerbaijan” şirkətinin əməliyyatçılar adından bu ilin I yarısının yekunları üzrə biznesə dair yaydığı məlumata istinadən xəbər verir.

Hesabat dövründə AÇG üzrə əməliyyat xərcləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 16 milyon ABŞ dolları və ya 6,6 % artıb, əsaslı xərclər isə 140 milyon ABŞ dolları və ya 20 % azalıb.

Xatırladaq ki, AÇG Azərbaycanın ən böyük neft yatağı blokudur. Yataqlar blokunun işlənməsi üzrə hasilat bölgüsünə dair ilk müqavilə 1994-cü ilin 20 sentyabr tarixində imzalanıb. 2017-ci ilin 14 sentyabr tarixində isə həmin yataqların birgə istismarına və hasilatın pay bölgüsünə dair yeni saziş imzalanıb. Bu saziş yataqların 2049-cu ilin sonunadək işlənməsini nəzərdə tutur.

AÇG-də BP (30,37 %), SOCAR (31,65 %), MOL (9,57 %) INPEX (9,31 %), “ExxonMobil” (6,79 %), TPAO (5,73 %), ITOCHU (3,65 %), “ONGC Videsh Limited” (OVL) (2,92 %) pay sahibidir.

Oxşar xəbərlər

AÇG üzrə əsaslı xərclər I rübdə 28 %-ə yaxın azalıb
BP şirkəti 9 ayda AÇG-dən 13 milyon ton neft hasil edib
BP AÇG-də son altı ayda hasilatla bağlı vəziyyəti açıqlayıb
ARDNF-nin AÇG-nin işlənməsindən gəlirləri 47 %-dən çox artıb
Bu il ARDNF-nin “Azəri-Çıraq-Günəşli”dən gəlirləri açıqlanıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər