Boqdan-Qruya İvan: “Rumıniya Azərbaycanla neft-qaz-kimya sahələrində əməkdaşlığa açıqdır"
Rumıniya Azərbaycanla əməkdaşlığın genişləndirilməsinə açıqdır, bura neft-kimya və qaz-kimya sahələri də aiddir.
Bunu “Sizinxeber.az”a eksklüziv müsahibəsində Rumıniyanın energetika naziri Boqdan-Qruya İvan bildirib.
“Belə layihələr iqtisadi və strateji cəhətdən məqsədəuyğun hesab olunacağı təqdirdə ölkələrimizin müvafiq nazirlikləri, enerji sahəsində işçi qrupları və ya hökumətlərarası komissiyaları səviyyəsində nəzərdən keçirilə bilər”, - nazir qeyd edib.
Onun sözlərinə görə, kimya və neft-kimya sənayesi İqtisadiyyat, Rəqəmsallaşdırma, Sahibkarlıq və Turizm Nazirliyinin səlahiyyətindədir.
“Biz həm xammal resurslarına, həm də sənaye zəncirinə əlavə dəyər qazandıran təşəbbüslərdə maraqlıyıq. Bu kontekstdə belə bir nümunə gətirim: hazırda Rumıniyanın ən böyük qaz istehsalçısı olan “Romgaz” şirkəti ölkədə ən böyük gübrə istehsalı zavodu olan “AZOMURES”in aktivlərinin alınması mümkünlüyünü nəzərdən keçirir”, - B.İvan əlavə edib.
Nazir vurğulayıb ki, bu, “Neptun Deep” yataqlarından çıxarılan qazın istifadəsi üçün yeni perspektivlər, eləcə də qazın daha dərin emalı və ixrac yönümlü məhsulların istehsalı üçün imkanlar yaradır.
Müsahibənin tam mətni ilə bu link vasitəsilə tanış olmaq olar.
Oxşar xəbərlər
SOCAR Rumıniya şirkəti ilə neft-kimya sahəsində əməkdaşlığı müzakirə edib
Bakıda neft-kimya müəssisələrinin 2 ərazidə zonalaşdırılması təklif olunur
SOCAR ötən il neft emalı və neft-kimya məhsullarının ixracını təxminən 3 % artırıb
Rumıniyalı nazir: "Azərbaycan Mərkəzi və Cənub-Şərqi Avropanın enerji təhlükəsizliyinin təminatında strateji tərəfdaşdır" – MÜSAHİBƏ
“SOCAR Türkiyə Enerji” yeni neft-kimya güclərinin yaradılmasına tələb olunan investisiyaların həcmini açıqlayıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Azercell"də dəyişiklik - Bu xidmətləri də dayandırır
-
Leyla Əliyeva "ASAN Məktub" sosial proqramının 10 illiyinə həsr olunan tədbirdən paylaşım edib
-
“e-Sosial” portalında yenilik əlilliyi olan şəxslər üçün istifadə rahatlığının artırılmasına xidmət edir – AÇIQLAMA
-
Deputat: Qızıl ehtiyatlarının artması dəyər qazanan aktivlərə daha çox vəsaitin yönəldilməsinə imkan yaradır
-
Milli Məclisin bugünkü iclasının gündəliyi dəyişib
-
Azərbaycanda bəzi cərimələr sərtləşdirilir








