Rumıniya Xəzər regionundan ildə 9 milyard kubmetrə qədər LNG ala bilər
İlkin qiymətləndirmələrə görə, Xəzər regionundan Rumıniyaya maye qazın (LNG) illik tədarük həcmi 9 milyard kubmetrə çata bilər.
Bunu “Report”a eksklüziv müsahibəsində Rumıniyanın yeni təyin olunmuş energetika naziri Boqdan-Qruya İvan deyib.
“2022-ci ilin oktyabrında imzalanmış Anlaşma Memorandumu əsasında Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və “Romgaz” Xəzər regionundan Rumıniyaya mayeləşdirilmiş təbii qazın tədarükünün təşkili ilə bağlı irimiqyaslı layihənin hazırlanması istiqamətində əməkdaşlığa başlayıb. Layihənin həyata keçirilə bilməsi mümkünlüyünü qiymətləndirmək üçün tərəflərin cəlb etdiyi ixtisaslaşmış məsləhətçi şirkətlər texniki, iqtisadi və kommersiya məqsədəuyğunluğu baxımından hərtərəfli təhlil aparıb. İlkin hesablamalara görə, müvafiq maliyyələşdirmə və logistika modelində ildə 9 milyard kubmetrə qədər LNG tədarükü iqtisadi cəhətdən əsaslandırıla bilər”, - B.İvan bildirib.
Nazirin sözlərinə görə, layihə Azərbaycandakı yataqlardan Gürcüstanın Qara dəniz sahilinə qədər qaz kəmərinin, Gürcüstanda qazın mayeləşdirilməsi qurğularının, Gürcüstan və Rumıniyada LNG terminallarının, həmçinin nəql üçün dəniz logistika infrastrukturunun tikintisini nəzərdə tutur.
“Hazırda tərəflər növbəti mərhələyə keçmək üçün zəruri olan texniki və maliyyə parametrlərinin birgə qiymətləndirilməsi mərhələsindədirlər. Yekun qərar hələ qəbul edilməsə də, tərəflər arasında fəal şəkildə konstruktiv dialoq aparılır ki, bu da hər iki ölkənin alternativ qaz tədarükü marşrutlarının inkişafına və Qara dəniz regionunda enerji bağlantılarının gücləndirilməsinə strateji marağını təsdiqləyir.
Müsahibənin tam mətni ilə bu link vasitəsilə tanış olmaq olar.
Oxşar xəbərlər
“Şahdəniz” yatağından hasil edilmiş qazın həcmi 250 milyard kubmetrə çatıb
“TAP AG” qaz kəmərinin illik 20 milyard kubmetrə qədər genişləndirilməsi variantları üzərində işləyir
Rumıniyalı nazir: "Azərbaycan Mərkəzi və Cənub-Şərqi Avropanın enerji təhlükəsizliyinin təminatında strateji tərəfdaşdır" – MÜSAHİBƏ
Azərbaycan qazının Avropaya ixracının illik həcmi 2026-cı ilə qədər 17 % artacaq
Nazir: “Serbiya və Azərbaycan qış dövrü üçün qaz tədarükü həcmlərini razılaşdırıb”
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Azercell"də dəyişiklik - Bu xidmətləri də dayandırır
-
Leyla Əliyeva "ASAN Məktub" sosial proqramının 10 illiyinə həsr olunan tədbirdən paylaşım edib
-
“e-Sosial” portalında yenilik əlilliyi olan şəxslər üçün istifadə rahatlığının artırılmasına xidmət edir – AÇIQLAMA
-
Deputat: Qızıl ehtiyatlarının artması dəyər qazanan aktivlərə daha çox vəsaitin yönəldilməsinə imkan yaradır
-
Azərbaycanda bəzi cərimələr sərtləşdirilir
-
Milli Məclisin bugünkü iclasının gündəliyi dəyişib








