Bakının Şüvəlan qəsəbəsində işıq kəsiləcək
sizinxeber.az xəbər saytı

Bakının Şüvəlan qəsəbəsində işıq kəsiləcək


Xəzər rayonunun Şüvəlan qəsəbəsinin bəzi hissələrində yenidənqurma işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilə yaranacaq.

Bu barədə “Report”a "Azərişıq" ASC-dən məlumat verilib.

Xəzər Rayon Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) ərazisində yerləşən Şüvəlan qəsəbəsində 6 avqust tarixində yenidənqurma işləri həyata keçiriləcək. Bununla əlaqədar olaraq saat 08:00-dan 15:00-dək qəsəbənin Hacı Mövlan bağları yaşayış massivi, Hacı Aslan Aslanov küçəsi, Suçular məhəlləsi, İbo marketin ətrafı, Güney Azərbaycan küçəsinin bir hissəsi, Şüvəlan 16, Çöl Şüvəlan-Mərdəkan 53 adlanan ərazilərdə elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. Yenidənqurma işləri başa çatdıqdan sonra sözügedən ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.

Oxşar xəbərlər

Bakının Şüvəlan qəsəbəsində işıq olmayacaq
Xəzər rayonunun bəzi ərazilərində işıq olmayacaq
Binə qəsəbəsində işıq olmayacaq
Şüvəlanda elektrik enerjisinin verilişində fasilə yaranacaq
Şüvəlanda bu gün işıq olmayacaq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər