Naxçıvanda yaxın 5 ildə paylayıcı elektrik şəbəkəsində görüləcək işlər açıqlanıb
Yaxın 5 ildə Naxçıvan Muxtar Respublikasında 110 və 35 kV-luq yarımstansiyaların yenidən qurulması və elektrik verilişi xətlərinin çəkilməsi nəzərdə tutulur.
“Sizinxeber.az” xəbər verir ki, bu, Prezident İlham Əliyevin bu gün təsdiqlədiyi "Naxçıvan Muxtar Respublikasının paylayıcı elektrik şəbəkəsinin yenidən qurulmasına və bərpasına dair 2026–2030-cu illər üçün Tədbirlər Planı"da öz əksini tapıb.
Bundan başqa, sənədə əsasən, bölgədə 6–10 kV-luq və 0,4 kV-luq elektrik şəbəkələrində yenidənqurma işlərinin aparılması, elektrik şəbəkələrində qəza hallarının aradan qaldırılması, SCADA (şəbəkələrin real vaxt rejimində avtomatik idarə olunması) sisteminin qurulması və elektrik sayğaclarının dəyişdirilməsi planlaşdırılır.
Oxşar xəbərlər
Naxçıvanın paylayıcı elektrik şəbəkəsinə dair Tədbirlər Planı təsdiqlənib
“AzərEnerji” Naxçıvanda yenidənqurma işlərinə başlayıb
Naxçıvanla Türkiyə arasında elektrik enerjisi mübadiləsi olacaq
Naxçıvanın kəndlərində elektrik xətləri yenilənir
Naxçıvanın elektrik şəbəkəsi yenidən qurulacaq - SƏRƏNCAM
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













