Bakının Nəsimi rayonunun bir sıra ərazisində işıq olmayacaq
sizinxeber.az xəbər saytı

Bakının Nəsimi rayonunun bir sıra ərazisində işıq olmayacaq


Bu gecə, avqustun 5-də Bakının Nəsimi rayonunun bir sıra küçələrində elektrik enerjisinin verilişində fasilə yaranacaq.

“Report” xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb.

Bildirilib ki, gücləndirmə işləri ilə əlaqədar olaraq avqustun 5-də saat 01:00-dan saat 06:00-dək rayonun Azadlıq prospekti, Abbasqulu ağa Bakıxanov, Ənvər Qasımzadə, Qulu Quliyev, İmran Qasımov, Akademik Mirəsədulla Mirqasımov, Feyzulla Qasımzadə, Abbas Səhhət, Mirəli Qaşqay, Ceyhun Hacıbəyli küçələrinin bəzi hissələrində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

Gücləndirmə işləri başa çatdıqdan sonra sözügedən ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.

Oxşar xəbərlər

Bu gecə Nəsimi rayonunun bəzi küçələrində işıq olmayacaq
Lənkəran, Masallı və Bakının bəzi ərazilərində işıq olmayacaq
Bakının Səbail rayonunun bəzi hissələrində işıq olmayacaq
Bakının Xətai rayonunun bir hissəsində işıq olmayacaq
Bakının Bakıxanov qəsəbəsində işıq olmayacaq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər