"Naxçıvan Enerji" dövlət qeydiyyatına alınıb
sizinxeber.az xəbər saytı

"Naxçıvan Enerji" dövlət qeydiyyatına alınıb


İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti "Naxçıvan Enerji" MMC-ni dövlət qeydiyyatına alıb.

"Sizinxeber.az" xəbər verir ki, yeni şirkətin hüquqi ünvanı Naxçıvan şəhəri, Zərifə Əliyeva küçəsi, 1/12, nizamnamə kapitalı 279 226 900 manat, qanuni təmsilçisi isə Məhərrəm Hüseyn oğlu Abbasovdur.

Xatırladaq ki, ötən il noyabrın 23-də Prezident İlham Əliyev elektrik enerjisi və su təchizatı sahələrində idarəetmənin təkmilləşdirilməsi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında fərman imzalayıb. Fərmana əsasən, Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidmətinin funksiyalarının, eyni zamanda əmlakının bir hissəsi “Azərenerji”yə ötürülüb. M.Abbasov vaxtilə həmin Xidmətin rəis müavini olub, rəis vəzifəsini müvəqqəti icra edib.

Oxşar xəbərlər

“Azərenerji"nin nizamnamə kapitalı 40 %-ə yaxın artırılıb
Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək
"E-Kredit" BOKT dövlət qeydiyyatına alınıb
Naxçıvan MR Dövlət Vergi Xidmətinin rəis müavini vəzifəsindən azad edilib
Naxçıvan Dövlət Energetika Xidmətinin rəisi vəzifəsindən azad edilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər