Cəlilabadın 12 kəndində işıq olmayacaq
sizinxeber.az xəbər saytı

Cəlilabadın 12 kəndində işıq olmayacaq


Cəlilabad Elektrik Şəbəkəsinin (EŞ) ərazisində 4 avqust tarixində 35 kV-luq "Göytəpə" hava xəttində təmir işləri aparılacaq.

“Report”un Muğan bürosunun məlumatına görə, bununla əlaqədar olaraq saat 10:00-dan 11:30-dək rayonun Göytəpə şəhəri, Ağdaş, Axtaxana, Bəciravan, Darılıq, Fətullaqışlaq, Həziabad, Kazımabad, Maşlıq, Muğan, Privolnoye, Soyuqbulaq, Şıxlar kəndlərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

Təmir işləri başa çatdıqdan sonra həmin yaşayış məntəqələri elektrik enerjisi ilə təmin olunacaq.

Oxşar xəbərlər

Cənub bölgəsinin bir çox hissəsində işıq olmayacaq
Biləsuvar və Cəlilabadda elektrik enerjisinin verilişində fasilə yaranacaq
Bakı, Cəlilabad və Lənkəranın bir hissəsində işıq olmayacaq
Lənkəranın bəzi kəndlərində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Lənkəranın bəzi kəndlərində işıq olmayacaq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər