Məhəmməd Əl Bəşir: "Azərbaycandan Suriyaya ilkin mərhələdə gündəlik 4,3 milyon kubmetr qaz ötürüləcək”
sizinxeber.az xəbər saytı

Məhəmməd Əl Bəşir: "Azərbaycandan Suriyaya ilkin mərhələdə gündəlik 4,3 milyon kubmetr qaz ötürüləcək”


Artıq Azərbaycan qazının Türkiyə ərazisi vasitəsilə Suriyaya nəqli rəsmi şəkildə başlanıb.

“Report”un Türkiyənin Kilis şəhərinə ezam olunmuş müxbirinin verdiyi məlumata görə, bunu Suriyanın energetika naziri Məhəmməd Əl Bəşir Azərbaycan qazının Türkiyə üzərindən Suriyaya çatdırılmasına başlanılması ilə bağlı keçirilən mərasimdən sonra jurnalistlərə açıqlamasında bildirib.

Nazirin sözlərinə görə, hazırkı infrastruktur ildə 6 milyon kubmetr qazın nəqlinə imkan verir: “Hazırda ilkin mərhələdə gündəlik 4,3 milyon kubmetr təbii qazın ötürülməsi həyata keçiriləcək. Bu imkana və dəstəyə görə azərbaycanlı qardaşlarımıza təşəkkürümü bildirmək istəyirəm. Bu proses, əslində, ölkə prezidentimizin son səfəri zamanı Azərbaycan Prezidenti İlham Əliyevlə keçirdiyi görüşdən sonra mümkün olub”.

M.Əl Bəşir əlavə edib ki, bu layihə birbaşa Suriya xalqının rifahına və ölkədə enerji təchizatının davamlı təmin olunmasına xidmət edəcək.

Oxşar xəbərlər

Suriya Azərbaycana təşəkkür edib
Alparslan Bayraktar: "Suriyaya ildə 2 milyard kubmetrə qədər təbii qaz ixracı mümkün olacaq"
Suriyalı nazir: "Azərbaycan qazının Suriyaya çatdırılması ölkənin bərpası istiqamətində dəstəkdir"
Azərbaycan qazının Suriyaya nəql olunma mərasimi keçirilib
Suriya avqustun 2-dən etibarən hər gün 3,4 milyon kubmetr Azərbaycan qazı alacaq - YENİLƏNİB

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər